Gündəm
Gənclərə hər zaman vətənpərvərlik hissləri aşılanmalıdır
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması mütəmadi olaraq diqqətdə saxlanılır və hər zaman qarşıda duran əsas prioritetlərdəndir. Sevindirici haldır ki, son illər bu istiqamətdə istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində təqdirəlayiq addımlar atılır. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin göstəricisidir ki, artıq regionlarda da sözün həqiqi mənasında milli şüura malik, vətənpərvər gənclər böyüyür.
Rüfət Quliyev seçiciləri ilə görüşüb
73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərlə növbəti görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili ilk növbədə ölkədəki ictimai və siyasi vəziyyətdən, Respublika Prezidenti cənab İlham Əliyevin uğurlu siyasət kursundan bəhs edib və son görüşlərdə seçicilərin səsləndirdikləri xahişlər barədə məlumat verib. O, qeyd edib ki, Lənkəran şəhər 6 N-li tam orta məktəbinə inteqrasiya təlimli internat tipli qimnaziyaya, Sütəmurdov və Şilavar kəndlərindəki ümumi orta məktəblərə deputatın Azərbaycan Respublikası Təhsil nazirinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinə məsələ ilə əlaqədar məktublarından sonra Təhsil Nazirliyinin hesabına qaz xətti çəkilib və yanvar ayında da qaz sayğaclarının quraşdırılmasından sonra qaz veriləcək.
Tələbə-Könüllülərin 2-ci Forumu keçiriləcək
Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçiriləcək. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, tədbir ötən il təşkil olunmuş 1-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq. Dövlət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri və tələbə-gənclərin iştirakı ilə keçiriləcək Forumda könüllülük hərəkatının inkişafı və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrə yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, onların həm fərdi, həm də ictimai həyatda inkişaf etməsinə imkan yaradır. Ölkəmizin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunan 7 mindən artıq könüllü 63 müxtəlif səviyyəli tədbirlərdə iştirak edib.
Kim arvadını öldürtdü - ŞOK İDDİA
Şimali Koreya lideri Kim Çen Inın arvadı naməlum səbəblərdən yoxa çıxdıqdan 9 ay sonra geri dönüb.
Azərbaycanda pambıq yığımı 2,4 dəfə artıb
Azərbaycanda bu günədək 82 min tondan çox pambıq tədarük edilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ötən ilin eyni dövründə pambıq tədarükü 34 min tondan çox olub ki, bu da illik müqayisədə 2,4 dəfə artım deməkdir. Report.az
Evdən pul oğurlayan tutuldu
Xətai rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Bakı şəhər sakini Xəyyam İbrahimovun evindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Rüfət Qurbanzadə tutulub. Araşdırma aparılır.
Qonşusunun su mühərrikini oğurlayan yaxalandı
Dekabrın 3-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Böyükağa Həziyevin evinin zirzəmisindən su mühərriki oğurlanıb. DİN-dən verilən məlumta görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Həsənov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 evdən su mühərriki oğurlaması da müəyyən edilib.
13 evdən oğurluq edən saxlandı
Oğurluq etdiyinə görə dekabrın 3-də tutulmuş Şahin Hacıyevin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə cari ilin sentyabr-noyabr ayları ərzində daha 13 evdən, habelə 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Komitə sədri 1500 məscidin imam və axundsuz fəaliyyət göstərməsinə münasibət bildirib
"Azərbaycanda fəaliyyət göstərən məscidlərin bəzilərinə hələ də axund və imam təyin edilməyib. Ancaq bu, heç də həmin məscidlərin nəzarətsiz qalması anlamına gəlməməlidir".
Hələbdə Rusiya Müdafiə Nazirliyinin hospitalı atəşə tutulub
Ölən və yaralananlar var Suriyanın Hələb şəhərində Rusiya Müdafiə Nazirliyinə məxsus mobil hospital artilleriya atəşinə tutulub.
Sərxoş kişilər hicablı qadınları təhqir etdilər
ABŞ-ın Nyu-York şəhərində iki fərqli hadisədə hicablı qadınlara islamofob hücum edilib. Biri şagird, digəri polis məmuru olan iki hicablı qadın təhqirlərə məruz qalıblar. ABC-nin məlumatına görə, ilk hadisə Manhettendə, 6 nömrəli metro stansiyasında qeydə alınıb.
Ermənistanda ruhi xəstə 5 evi yandırdı
Ermənistanın Vanadzor rayonunda baş verən yanğında 5 ailə evsiz qalıb. Yanğın dekabrın 5-də saat 09:30 radələrində baş verib.
16 yaşına kimi 43 min dəfə zorlandı
Meksikada insan alverçilərinin yaşatdığı dəhşətləri bu faciənin qurbanı olan Karla Jasinto başına gələnlərin əsasında danışıb. İnsan alverçiləri onu seks köləsi edəndə hələ 12 yaşı var idi.
Eriksson Zidorfu əvəzlədi
İngiltərə millisinin eks-baş məşqçisi Sven-Yoran Erikssonun yeni iş yeri müəyyənləşib. Noyabrda "Shanghai SİPG" klubundan istefaya göndərilən isveçli mütəxəssis "Shenzhen" klubuna rəhbərlik edəcək. Bu klub Çinin aşağı divizionunda çıxış edir. Eriksson baş məşqçi postunda Klarens Zidorfu əvəzləyib. Müqavilənin müddəti açıqlanmır. Goal.az
Böyük Britaniya vizası almaq üçün iki yeniliyin tətbiqinə başlanıb
Dekabrın 2-dən etibarən Böyük Britaniya vizası verilməsi xidməti göstərən “TLScontact” şirkəti iki yeniliyin tətbiqinə başlayıb.














