Sərxoş kişilər hicablı qadınları təhqir etdilər
ABŞ-ın Nyu-York şəhərində iki fərqli hadisədə hicablı qadınlara islamofob hücum edilib. Biri şagird, digəri polis məmuru olan iki hicablı qadın təhqirlərə məruz qalıblar. ABC-nin məlumatına görə, ilk hadisə Manhettendə, 6 nömrəli metro stansiyasında qeydə alınıb.
5 Dekabr 2016 17:37 DünyaABŞ-ın Nyu-York şəhərində iki fərqli hadisədə hicablı qadınlara islamofob hücum edilib.
Biri şagird, digəri polis məmuru olan iki hicablı qadın təhqirlərə məruz qalıblar.
ABC-nin məlumatına görə, ilk hadisə Manhettendə, 6 nömrəli metro stansiyasında qeydə alınıb.
18 yaşlı hicablı ABŞ vətəndaşı Yasmin Seveidi metroda 3 sərxoş kişi sözlə təhqir edib.
Metroda hicaba görə təhqir edildiyini deyən yeniyetmə müsəlman qız sərnişinlərdən heç kimin ona dəstək vermədiyini və hadisə zamanı görməzlikdən gəldiklərini qeyd edib.
Digər bir hadisə isə Nyu-Yorkun Bruklin səmtində yaşanıb.
"Daily News"un xəbərinə görə, hicablı Eml Elsokari işdən sonra oğluyla avtomobilini park edib maşından enərkən təxminən 30 yaşlı bir kişinin onu təhqir etdiyini deyib. Forması və silahı üstündə olmayan qadın polis ilə oğluna qışqıran şəxs avtoparkdan uzaqlaşıb.
Nyu-York polisinin olayla bağlı istintaqa başladığı deyilir. Hicablı qadın polisin isə mediaya açıqlama vermək istəmədiyi bildirilir.
Qeyd edək ki, Eml Elsokari 2014-cü ildə yanan bir binanın alovları arasından yaşlı bir qadın ilə nəvəsini xilas etdiyi üçün ölkənin polis orqanları tərəfindən "qəhrəman" elan edilmişdi.