Rüfət Quliyev seçiciləri ilə görüşüb

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərlə növbəti görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili ilk növbədə ölkədəki ictimai və siyasi vəziyyətdən, Respublika Prezidenti cənab İlham Əliyevin uğurlu siyasət kursundan bəhs edib və son görüşlərdə seçicilərin səsləndirdikləri xahişlər barədə məlumat verib. O, qeyd edib ki, Lənkəran şəhər 6 N-li tam orta məktəbinə inteqrasiya təlimli internat tipli qimnaziyaya, Sütəmurdov və Şilavar kəndlərindəki ümumi orta məktəblərə deputatın Azərbaycan Respublikası Təhsil nazirinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinə məsələ ilə əlaqədar məktublarından sonra Təhsil Nazirliyinin hesabına qaz xətti çəkilib və yanvar ayında da qaz sayğaclarının quraşdırılmasından sonra qaz veriləcək. 

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərlə növbəti görüş keçirib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili ilk növbədə ölkədəki ictimai və siyasi vəziyyətdən, Respublika Prezidenti cənab İlham Əliyevin uğurlu siyasət kursundan bəhs edib və son görüşlərdə seçicilərin səsləndirdikləri xahişlər barədə məlumat verib. O, qeyd edib ki, Lənkəran şəhər 6 N-li tam orta məktəbinə inteqrasiya təlimli internat tipli qimnaziyaya, Sütəmurdov və Şilavar kəndlərindəki ümumi orta məktəblərə deputatın Azərbaycan Respublikası Təhsil nazirinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinə məsələ ilə əlaqədar məktublarından sonra Təhsil Nazirliyinin hesabına qaz xətti çəkilib və yanvar ayında da qaz sayğaclarının quraşdırılmasından sonra qaz veriləcək.  Sütəmurdov kənd seçicilərinin xahişilə magistral yolda əvvəllər də deputatın vəsaiti hesabına quraşdırılmış sürəti azaldan maneə xətti  yenidən bərpa edilib.   Həmçinin seçicilərin çoxsaylı məktublarına qaldırılan sosial xarakterli bir çox əsaslı xahişlərin həllinə köməklik göstərib. Bəzi əsassız xahişlərdən imtina edilmiş və təkrar olaraq deputatın statusu və fəaliyyət sahələri barədə onlara izahat və müvafiq tövsiyələr verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31