Gündəm

"NATO-nun baş auditoru Belçikada ölü tapılıb"

22 Dekabr 2016 14:38

NATO-nun baş auditoru İv Şandelon Belçikanın Anden şəhərində ölü tapılıb. Bu barədə RİA Novosti məlumat verir.

Whatsapp-la bağlı pis xəbər

22 Dekabr 2016 14:37

Avropa Birliyi Whatsapp-ın satın alınmasından sonra etdiyi açıqlama ilə hər kəsi çaş-baş salıb.  Avropa Birliyi satın alma əsnasında Facebook-un verdiyi sözü tutmadığını iddia edir.

Rusiyalı səfiri öldürənin saxlanılan qohumları azadlığa buraxıldılar

22 Dekabr 2016 14:35

Ankara prokurorluğu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin altı nəfər qohumunu azadlığa buraxıb. Mövlut Mert Altıntaşın qohumları dindirildikdən sonra azadlığa buraxılıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Altıntaşın anası, bacısı, iki dayısı və dayısı arvadının həbsi üçün heç bir əsas yoxdur. Onlardan şahid qismində ifadə alınıb. Virtualaz

Döyülüb öldürülən Türkanla bağlı yeni məlumat

22 Dekabr 2016 14:34

Polis 2016-cı ilin fevralında döyülərək komaya düşən, 8 gün sonra ölən Türkanın qətli ilə bağlı yeni məlumatlar əldə edib.

Ruhaniyə ŞOK ÇAĞIRIŞ: “Erməni konyakı için, donuz əti yeyin, amma...”

22 Dekabr 2016 14:27

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa İran prezidenti Həsən Ruhaninin Ermənistana səfər etməsinə və iki ölkə arasında yüksək əməkdaşlıqla bağlı müqavilələrin imzalanmasına sərt şəkildə etirazını bildirib.

Azərbaycan əleyhinə formalaşan ittifaq

22 Dekabr 2016 14:25

İran yenə də Azərbaycana qarşı xəyanət yolunu tutaraq işğalçı ölkə ilə işbirliyinə girdi. Xəbərlərdən də məlum olduğu kimi İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edərək işğalçı ölkədən olan həmkarı ilə görüşüb. İran prezidentinin səfəri zamanı iki ölkə arasında bir sıra sahələri əhatə edən əməkdaşlıq sazişləri də imzalanıb.

Ermənistan İrandan istədiyini ala bildimi?

22 Dekabr 2016 14:23

İran prezidenti Həsən Ruhaninin Ermənistana həyata keçirdiyi səfər bu günlərdə Azərbaycan cəmiyyətində müzakirə predmetinə çevrilən əsas məsələlərdəndir. İslam Respublikası prezidentinin məlum səfəri ciddi etiraz doğurmaqla yanaşı, Ruhaninin İrəvanda işğalçı ölkə rəhbəri ilə keçirdiyi görüşlər və imzalanan sənədlər də diqqətlə müşahidə edilməkdədir. Hələlik açıqlanan rəsmi məlumatlarda Azərbaycana düşmənçilyi ilə seçilən iki ölkənin yalnzı iqtisadi sahədə bir neçə anlaşma sənədi imzaladığı bildirilir. Bəs görəsən ekspertlər bu səfər və imzalanan sazişlər barədə nə düşünürlər? Ümumiyyətlə, həmin sənədlərin Tehran və İrəvan iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?

Hansı hallarda hərbi vəziyyət elan edilə bilər?

22 Dekabr 2016 14:22

Ölkə parlamenti tərəfindən “Hərbi vəziyyət haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun Azərbaycan Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Maliyyə amnistisiyası kimlərə tətbiq ediləcək? 

22 Dekabr 2016 14:19

Azərbaycanda maliyyə aministisiyasının tətbiq olunacağı gözlənilir. Artıq bununla bağlı prezident İlham Əliyev parlamentə qanun layihəsi göndərib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi baş tutub.

Bank sektorunu çətin sınaqlar gözləyir

22 Dekabr 2016 14:17

2016-cı il ümumilikdə dünya iqtisadiyyatı üçün uğursuz oldu desək yanılmarıq. Neft qiymətlərinin aşağı düşməsi, Amerika dollarının mili valyutalara nisbətən bahalaşmasından dünya ölkələrinin əksəriyyəti bu və ya digər dərəcədə əziyyət çəkdi. Xüsusilə, postsovet ölkələrində bu daha çox özünü büruzə verdi.

Prezident İlham Əliyevə "TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə" medalı təqdim edilib - YENİLƏNİB

22 Dekabr 2016 14:16

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

"Avropol" Avropa ölkələrində terror aktları xəbərdarlığını göndəribmiş

22 Dekabr 2016 14:13

Avropa İttifaqının polis xidməti "Avropol" Milad və Yeni il bayramları ərəfəsində Fransada, Almaniyada, Belçikada və digər Avropa ölkələrində terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlar göndəribmiş.

Yaponiyada 140 bina yanır - VİDEO

22 Dekabr 2016 14:12

Yaponiyanın Niiqata prefekturasında İtoiqava şəhərinin rəhbərliyi şəhərdə baş verən güclü yanğınla əlaqədar qonşu şəhərlərə müraciət edib. Bu barədə RİA Novosti məlumat verir. Hazırda yanğın 140-dan çox tikilini əhatə edir. Yaponiyanın NHK telekanalı məlumat verib ki, yanğın səhər saatlarında Çin restoranında başlayıb və qısa zaman ərzində digər binalara keçib. Yanğınla əlaqədar 600-ə yaxın adam təxliyə olunub. Yaxınlıqdakı məktəblərdə dərslər dayandırılıb. Hadisə nəticəsində 2 nəfərin xəsarət aldığı məlumat verilib. Trend.az

Benzinin qiyməti qalxdı

22 Dekabr 2016 14:10

Türkiyədə benzinin qiyməti qalxıb. Ötən gündən etibarən Türkiyədə benzinin qiyməti 10 kuruş artıb. Belə ki, İstanbulda benzinin bir litri 5,07 lirədən 5.17 lirəyə qalxıb. ( Təxminən 2 manat 60 qəpik ) Milli.az

TRT-nin 68 əməkdaşı həbs olunub

22 Dekabr 2016 14:08

Türkiyənin TRT televiziyasından işdən çıxarılan 68 nəfər həbs olunub. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda və "Bylock" proqramından istifadə etməkdə şübhəli bilinirlər.