"Avropol" Avropa ölkələrində terror aktları xəbərdarlığını göndəribmiş
Avropa İttifaqının polis xidməti "Avropol" Milad və Yeni il bayramları ərəfəsində Fransada, Almaniyada, Belçikada və digər Avropa ölkələrində terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlar göndəribmiş.
22 Dekabr 2016 14:13 DünyaAvropa İttifaqının polis xidməti "Avropol" Milad və Yeni il bayramları ərəfəsində Fransada, Almaniyada, Belçikada və digər Avropa ölkələrində terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlar göndəribmiş. Bu barədə RİA Novosti məlumat verir. Bu xəbərdarlıqlar dekabrın əvvəllərində, Berlin hücumundan bir neçə həftə əvvəl göndərilmişdi. "Avropol" Avropa ölkələrinin polis xidmətlərinin işini əlaqələndirir.
Qeyd edək ki, bir neçə gün əvvəl Berlində yük maşını yüksək sürətlə insanların arasına daxil olmuşdu. Hadisə nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb. Trend.az