TRT-nin 68 əməkdaşı həbs olunub
Türkiyənin TRT televiziyasından işdən çıxarılan 68 nəfər həbs olunub. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda və "Bylock" proqramından istifadə etməkdə şübhəli bilinirlər.
22 Dekabr 2016 14:08 DünyaTürkiyənin TRT televiziyasından işdən çıxarılan 68 nəfər həbs olunub. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda və "Bylock" proqramından istifadə etməkdə şübhəli bilinirlər.
Televiziyanın keçmiş əməkdaşları ilə bağlı əməliyyatı Ankara şəhər Təhlükəsizlik İdarəsi keçirib. Ankara şəhər Prokurorluğu isə onlar barəsində həbs qəti imkan tədbiri seçib.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, FETÖ-çular "Bylock" kompüter proqramı vasitəsilə bir-biri ilə əlaqə saxlayırmışlar. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31