Gündəm
Mübariz Qurbanli Biləsuvarda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin operativ həlli üçün konkret tədbirlər görürlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 22-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Nişanlısından ayrılan müğənninin yeni sevgilisi var?
Müğənni Ledi Qaqa bu günlərdə naməlum kişi ilə səmimi şəkildə görünüb. L.Qaqa keçən ilin fevralında Teylor Kinni ilə nişanlanmışdı. Bu yay evlənəcəyi gözlənilən cütlük gözlənilmədən ayrıldıqlarını elan etmişdi.
Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki...
Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsinin əsas şərtlərindən biri də gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, yəni sahibkarlarla gömrük orqanları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsidir. İqtisadi təhlükəsizliyinin təmin olunması, fiskal siyasətin həyata keçirilməsində mühüm rol oynayan gömrük orqanları bu məqsədlə mütəmadi olaraq sahibkarlarla, biznes nümayəndələri ilə görüşlər, dəyirmi masalar keçirir, tətbiq olunan yeniliklər, beynəlxalq ticarətin inkişaf etdirilməsindəki yeni çağırışlar barədə onları məlumatlandırır, iş adamlarını maraqlandıran suallara cavab verilir və qarşıya çıxan problemlər, ümumi işə zərər verən amillərin aradan qaldırılması istiqamətində operativ və qətiyyətli addımlar atılır. Son illərdə tətbiq edilən “Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və digər yeni tətbiqlərin sahibkarlıq mühitinin yaxşılaşdırlıması, idxal-ixrac əməliyyatlarının şəffaf və sürətli həyata keçirilməsindəki rolu danılmazdır.
Son 3 ayda Azərbaycanda temperatur iqlim normasından aşağı, yağıntının miqdarı isə dəfələrlə çox olub
Bu ilin sentyabr, oktyabr və noyabr aylarında Azərbaycanda havanın temperaturu iqlim normasından 1,2-1,3 dərəcə aşağı olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, həmin aylarda ölkədə yağıntıların miqdarı xeyli çox olub. Onun sözlərinə görə, ötən 3 ayda yağıntının miqdarı dəfələrlə artıb: “Sentyabrda yağıntının miqdarı çoxillik normadan 9 dəfəyə, oktyabrda 7 dəfəyə, noyabrda isə 4 dəfəyə qədər çox olub. Sentyabrda ayında belə yağıntılar sonuncu dəfə 40 il əvvəl qeydə alınıb. Belə hallar çox az-az, nadir baş verən hadisələrdir. Ümumiyyətlə, temperaturun aşağı olması və yağıntıların artması səbəbindən bu ilin sentyabr ayı Azərbaycanda tamamilə fərqli keçib”. Apa.az
Gürcüstan paytaxtında qəza nəticəsində 20 minədək insan işıqsız qalıb
Gürcüstan paytaxtı Tbilisidə qəza nəticəsində 20 minədək insan işıqsız qalıb. Məlumata görə, qəza paytaxtın Didube-Çuquret rayonundakı yüksək cərəyan xətlərinin birində baş verib. Hazırda David Aqmaşenebeli prospekti və Rustaveli prospektinin bir hissəsində yaşayan abonentlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Prezident İlham Əliyev BP prezidentini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev BP şirkətinin prezidenti Robert Dadlini qəbul edib. Məlumata görə, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Həbsdə olan MTN generalları cinayət işinin materialları ilə tanış olublar
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova və daha bir neçə nəfər barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Putin generalları topladı - CANLI YAYIM
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiyasının geniş iclasında iştirak edir. İclasda Rusiya prezidentinə nazirliyin bir il ərzində həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. İclası canlı olaraq təqdim edirik:
Bakıda sərnişin avtobusunun vurub öldürdüyü qəzet əməkdaşı imiş...
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib. Yevlax rayon sakini, 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.
Berlində yeni il yarmarkasını qana boyayan tunisli terrorçu axtarılır
Berlində Milad bazarına yük maşını ilə hücum edən və bu ilin əvvəlindən nəzarətdə olan tunisli bütün Avropa üzrə axtarışdadır. 24 yaşlı Anis Amri, silah almaq üçün oğurluq etməyi planlaşdırmaqda şübhəli bilinsə də sübutların olmaması səbəbindən onun nəzarəti aradan qaldırılıb. Almaniyaya daxil olmazdan əvvəl o, İtaliyada əmlakı qəsdən yandırdığına görə 4 il həbsdə olub. Bazar ertəsi Berlin Milad bazarına yük maşını ilə edilən hücum nəticəsində 12 nəfər ölüb, 49 nəfər yaralanıb.
Tramp Karlovun qətlində müsəlmanları günahlandırdı
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Türkiyədə rusiyalı səfirin öldürülməsi və Almaniyadakı terroru qorxunc olay kimi qiymətləndirib.
“Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərliyinin bir nümunəsi oldu”
Dekabrın 22-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur.
Avtomobillərinn qeyri-qanuni parklanmasının qarşısı alınacaq
Etiraf etmək lazımdır ki, son illərdə paytaxt Bakının nəqliyyat sisteminin yaxşılaşdırılması, sərnişindaşımada mövcud olan bir sıra problemlərin aradan qaldırılması istiqamətində təqdirəlayiq addımlar atılıb. Xüsusilə, bir il bundan əvvəl Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə sözügedən prosesə təkan verilib. Dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi ötən bir ildə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. İlk mərhələdə görülən işlər sərnişinlər tərəfindən birmənalı qarşılanmasa da, lakin sonradan bu tədbirlərin məhz onların rahatlığı üçün həyata keçirildiyinin fərqinə varılması Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi prosesini bir qədər də sürətləndirdi. Çünki paytaxtın böyük bir hissəsini əhatə edən bu tədbirlər məhz sərnişinlərin rahatlığı üçün hesablanıb.
Üzsüzlər
Metroda uzun müddət davam edən səssizlikdən sonra dar, dörd divar bir hamamın döşəməsinə damcılayan su damcılarının yaratdığı alçaq, amma olduqca aydın səs qədər diqqət yaradan və eyni zamanda tükürpərdici ayaq səsləri gəlməyə başladı. Kevin Makloded bu səsi aydın eşitsə də nədəndir bilinməz, amma özünü eşitməməzliyə vurub növbəti qatarı gözlədi. Səs isə elə hey yaxınlaşırdı. Təsadüfdən stansiyada Kevindən başqa kimsə gözə dəymirdi. Sırf bu durum Kevinin aramsız eşitdiyi ayaq səsləri daha da vahiməli edirdi. Amma o, səsi önəmsəməyə çalışır, evə getmək üçün minəcəyi qatarı elə hey gözləyirdi. Qatarsa gəlmək bilmirdi, baxmayaraq ki, bir öncəki qatarın stansiyanı tərk etməsindən 7 dəqiqədən də çox vaxt keçmişdi. Kevin son olaraq diqqətini gələcək qatara və gedəcəyi evinə mərkəzləşdirib onu bu dəqiqə qorxudan və ağlını məşğul edən əlavə fikirlərdən uzaqlaşmaq üçün telefonun qulaqcığını taxaraq, həzin bir musiqiyə qulaq asmaq istədi. Amma onu ürküdən sirli ayaq səsləri ilə bərabər telefonun musiqi qutusundakı ilk mahnı da vahiməliydi. Üst-üstə bu qədər təsadüf Kevini əməlli-başlı qorxutmuşdu...
Azərbaycana gələn ailələrin dayələrinə viza verilməsində yenilik
Xaricdən Azərbaycana gələn ailələrin dayə-qulluqçuları üçün sadələşdirilmiş viza prosesi tətbiq oluna bilər.














