Gündəm

“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

22 Dekabr 2016 16:12

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr ayında Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi layihəsini həyata keçirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AzTU-da seminar keçirib 

22 Dekabr 2016 16:11

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə seminar keçirilib.

“Silva” Musiqili Teatrda – tezliklə

22 Dekabr 2016 16:09

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib. Dünyaca məşhur olan bu ölməz əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...

ABŞ-ın erməni diasporundan Anait Sinanyan Bakı deklarasiyasını imzaladı

22 Dekabr 2016 16:07

Dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.

Şaxtalı havalarda kimsəsizlər üçün sığınacaqlar yaradılacaq

22 Dekabr 2016 16:01

Soyuq, şaxtalı havalarda kimsəsizlər üçün müvəqqəti sığınacaqlar yaradılacaq. Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev deyib.

Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir

22 Dekabr 2016 15:51

Azərbaycanın dövlət büdcəsində xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda növbəti ilin dövlət büdcəsi xərclərinə yönəldiləcək. Məlumata görə, bununla bağlı "Büdcə sistemi haqqında" qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.

İrəvanda etirazlar yenidən qızışdı

22 Dekabr 2016 15:49

İrəvanda "Nairit" zavodunun əməkdaşları yenidən etiraza qalxıb. Onlar zadovun müflis elan olunmasına etirazlarını bildiriblər.  Nümayişçilər hakimiyyətdən prosesin dayandırlmasını tələb ediblər. Etirazçılar, həmçinin zavodun müflis elan olunmaması üçün "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin rəhbəri Samvel Karapetyana açıq məktub ünvanlayıblar.

Gəncədə  “yaşıl market” yaradılır

22 Dekabr 2016 15:47

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.  

İdmançılarımız qarışıq döyüş növlərində ( MMA ) bütün kəmərlərə sahib oldular

22 Dekabr 2016 15:44

19 dekabr Bakı Əl Oyunları İdman Sarayında İran, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna və digər  dövlətlərin iştirakı ilə qarışıq döyüş növləri  üzrə dünya kuboku keçrilmişdir.Həvəskarlar arası  müsabiqələr başa çatdıqdan sonra  professionallar arasında MMA (qaydasız döyüş) üzrə  kəmər döyüşləri başlamışdır.

"Müasir Azərbaycan - gənclərin gözü ilə" mövzusunda dəyirmi masa keçirilib

22 Dekabr 2016 15:42

Səbailli gənclərin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində «Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masa keçirilmişdir. Rayonun bütün sahələrində çalışan gənclərin təmsilçilərinin iştirakı ilə keçirilən tədbiri açıq elan edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd etmişdir ki, son illərdə ölkəmizdə əldə olunan uğur və nailiyyətlərin əsası məhz ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulmuş və bu gün onu Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Dünyada həqiqi lider kimi tanınan Azərbaycan rəhbəri dövlətçilik maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir.

Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir

22 Dekabr 2016 15:40

Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı bəlli olub. Ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə sıralanan şirkətlər arasında ilk üçlükdə Azercell Telekom-un adı yer alıb.

ADU-nun rektoru vəzifəsinin icrası professor Əfqan Abdullayevə həvalə edilib

22 Dekabr 2016 15:37

Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrasının həmin universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusova həvalə edilməsi barədə Təhsil Nazirliyinin əmri qüvvədən düşmüş hesab olunub. ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə.Abdullayevi kollektivə təqdim edib.

General: "Ermənilərin “İsgəndər” sevinci başa çatdı"

22 Dekabr 2016 15:30

“Ermənilərin “İsgəndər” operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir”.

Qafqaz regionu daima beynəlxalq terror təşkilatlarının maraq dairəsindədir

22 Dekabr 2016 15:28

İŞİD-in Rusiya səfirliklərinə qarşı terror hücumunu həyata keçirmək üçün Bakıdakı səfirliyini göstərməsi, bu təhlükənin aktual olduğunu göstərir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcək

22 Dekabr 2016 15:27

Dekabrın 23-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcək. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir. Tədbirdə sağlamlıq imkanları məhdud olan, valideyin himayəsindən məhrum və məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gəncin iştirakı nəzərdə tutulur.