Gündəm

İsrailin dəhşətli silahı Ermənistana tuşlanır - ABŞ kəşfiyyatından MÜHARİBƏ MESAJI

22 Dekabr 2016 16:38

“İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərindən sonra Rusiyanın silah ticarətini kurasiya edən Dmitri Roqozin Azərbaycana gəldi. Azərbaycan bununla Rusiyaya bildirmək istəyir ki, İsraildən aldığı silahlar çox əhəmiyyətlidir və bu, Ermənistan və Azərbaycan arasında Moskvanın dəstəklədiyi hərbi balansı pozacaq”.

Azərbaycanda İSTİLƏŞMƏ - XXI əsrin sonunadək proqnoz açıqlandı

22 Dekabr 2016 16:36

Azərbaycanda ən çox istiləşmə Böyük və Kiçik Qafqazın dağətəyi və ortadağlıq hissələrində qeydə alınır.

ABŞ-dan tarixi ETİRAF: “Putin liderliyi ələ aldı”

22 Dekabr 2016 16:34

ABŞ-ın Quru Qoşunlarının keçmiş komandanı Raymond Odierno Rusiyanın Yaxın Şərqdə liderliyi ələ aldığını etiraf edib. “Fox News” telekanalına danışan general Obama administrasiyasını tənqid edib.

“Qətlin arxasında İranın dayanması istisna deyil” - deputatdan SENSASSİON AÇIQLAMA

22 Dekabr 2016 16:33

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında İranın dayanması istisna deyil”.

Gənclər milli qəhrəmanlarla qürur duyurlar

22 Dekabr 2016 16:31

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpəvərlik hisslərinin artırılması istiqamətində müvafiq dövlət qurumları və yerli icra hakimiyyətləri də məqsədyönlü tədbirlər həyata keçirirlər. İstər paytaxtda, istərsə də yerlərdə təşkil edilən bu kimi tədbirlər gənc nəsildə vətənpərvərlik hisslərini kifayət qədər artırır. Bu baxımdan Xətai Rayon İcra Hakimiyyəti də gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik silsilə tədbirlər təşkil edir.

Avtobusun vurduğu 1 nəgər ölüb, 2-si xəstəxanaya yerləşdirilib

22 Dekabr 2016 16:28

Bakıda ölümlə nəticələnən yol-nəqıiyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Nəticədə M.Cəfərov hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Dəm qazı daha 3 nəfərin canını alıb

22 Dekabr 2016 16:26

Bakıda dəm qazı daha üç nəfərin həyatına son qoyub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Siyavuş Fərzəliyev, Sabunçu rayonu ərazisində yaşayan Kəmalə Qarayeva və 2 yaşlı qızı Nərgiz Orucova evlərində dəm qazından zəhərlənərək ölüblər. 

2 nəfər bədbəxt hadisənin qurbanı olub

22 Dekabr 2016 16:27

Bakıda və Abşeronda baş verən bədbəxt hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 21-də Xırdalan şəhəri ərazisində yerləşən sexlərin birində təmir işləri aparan fəhlə, Saray qəsəbə sakini Muxtar Əsgərov elektrik cərəyanı vurması nəticəsində ölüb. Digər hadisə isə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş vertib. Bakı şəhər sakini Mehman Ələsgərov usta işlədiyi evin 2-ci mərtəbəsindən ehtiyatsızlıqan yıxılaraq ölüb.

Külli miqdarda pirotexniki vasitələr aşkar olunub

22 Dekabr 2016 16:25

3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilmiş, nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan Respublikası vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda uşaq hüquqları ilə bağlı tədbir keçiriləcək

22 Dekabr 2016 16:24

Dekabrın 23-də Holiday Inn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iıə Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş “Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirdə Bakı şəhərinin bütün rayonları üzrə Komitə tərəfindən keçirilən tədbirlərdə, təlimlərdə aktiv iştirakçı olmuş uşaqlar iştirak edəcəklər. Tədbir iştirakçıları ilə aktiv müzakirələr aparılacaq, uşaq iştirakçılığına dair il ərzində təşkil edilmiş tədbirlərə dair təqdimat nümayiş ediləcək. İl ərzində uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılacaq.

Sahibkarlar idxal malların dəyərini aşağı göstərirlər

22 Dekabr 2016 16:22

Sahibkarlarla aparılan təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.

İş adamlarının Koordinasiya Şurası yaradıldı

22 Dekabr 2016 16:19

Dünya Azərbaycanlıları İş adamları Koordinasiya Şurası yaradılıb. DAA-nın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, şuranın yaradılmasında məqsəd dünyada fəaliyyət göstərən iş adamları arasında koordinasiya sisteminin təşkili, şirkətlərarası şəbəkələşmə işinin təşkili, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən iş adamlarının Azərbaycana investiyasiya qoyuluşuna cəlb etmək, iş adamlarının birgə yatırım təşəbbüslərinə həvəsləndirmək, eyni zamanda “Made in Azerbaijan” brendinin dünyaya çıxışına dəstək olmaqla yanaşı , təbliğ etməkdir. Şuraya rəhbərlik Vəfa Muradzadəyə həvalə edilib. Şuranın sədr müavini postuna Günel Həsənova rəhbərlik edəcək.

Yeni ildə EVDƏN ÇIXMAYIN!

22 Dekabr 2016 16:18

Yeni ildə bir neçə gün iş olmayacaq. Bundan istifadə edən paytaxt sakinləri istirahət üçün bölgələrə üz tutmaq planları qurur. Biz də Bakı sakinlərinin hara gedə biləcəyini araşdırmağa çalışdıq. Və belə nəticəyə gəldik ki, paytaxtın əksər sakini evinin pəncərəsindən şəhəri seyr etsə, daha yaxşıdır. Çünki qiymətlər harasa istirahətə getməyə heç də münasib deyil.

Rusiya jurnalında “Əsrin müqaviləsi” haqqında məqalə dərc edildi

22 Dekabr 2016 16:16

Xəbər verdiyimiz kimi, Moskvada nəşr edilən “Sovremennaya nauçnaya mısl” adlı nüfuzlu elmi jurnalın xüsusi buraxılışı çapdan çıxıb. Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun nəşrlərindən biri olan bu jurnalın xüsusi buraxılışı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.

Netanyahu Obamanı veto qoymağa çağırdı

22 Dekabr 2016 16:14

Fələstin ərazisində yəhudi yaşayış məntəqələrinin salınmasını qeyri-qanuni hesab edən qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında bu gün səsverməyə çıxarılacaq.