Bakıda uşaq hüquqları ilə bağlı tədbir keçiriləcək

Dekabrın 23-də Holiday Inn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iıə Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş “Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirdə Bakı şəhərinin bütün rayonları üzrə Komitə tərəfindən keçirilən tədbirlərdə, təlimlərdə aktiv iştirakçı olmuş uşaqlar iştirak edəcəklər. Tədbir iştirakçıları ilə aktiv müzakirələr aparılacaq, uşaq iştirakçılığına dair il ərzində təşkil edilmiş tədbirlərə dair təqdimat nümayiş ediləcək. İl ərzində uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılacaq.

Dekabrın 23-də Holiday Inn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iıə Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş "Uşaq hüquqları: inkişaf və perspektivlər" adlı tədbir keçiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, tədbirdə Bakı şəhərinin bütün rayonları üzrə Komitə tərəfindən keçirilən tədbirlərdə, təlimlərdə aktiv iştirakçı olmuş uşaqlar iştirak edəcəklər. Tədbir iştirakçıları ilə aktiv müzakirələr aparılacaq, uşaq iştirakçılığına dair il ərzində təşkil edilmiş tədbirlərə dair təqdimat nümayiş ediləcək. İl ərzində uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31