Gündəm

“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi ilə tamaşaçı tanış olub

22 Dekabr 2016 17:11

Milli Azərbaycan Tarixi Muzeyində 2016-cı il 15 aprel -15 dekabr  tarixlərində onu 16.527 nəfər tamaşaçı ziyarət etmişdir. Qeyd etmək lazımdır ki, bu Muzeydə təçkil olunan sərgilər üçün ən böyük göstəricidir. 

“Pole Çudes” verilişinin sabahkı buraxılışı “Azərçay”a həsr ediləcək

22 Dekabr 2016 17:09

Artıq 20 ildir ki, istehlakçılar tərəfindən yüksək qiymətləndirilən Azərbaycanın dünyanın bir çox ölkəsində tanınan ilk milli markası olan “Azərçay” uğurlarını sıralamaqda davam edir.

Qazaxıstan və İran viza rejimini sadələşdirirlər

22 Dekabr 2016 17:06

Qazaxıstan və İran viza rejiminin sadələşdirilməsi üzərində işləmək barədə razılaşıblar. Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev iranlı həmkarı Həsən Ruhani ilə danışıqlardan sonra bəyan edib. Qazaxıstan prezidentinin sözlərinə görə, onun İrana səfərindən sonra Almata və Tehran arasında hava reysi açılıb. N.Nazarbayev daha sonra əlavə edib: "Astana və Tehran arasında da hava resinin açılması planlaşdırılır".

"Ermənistanda qanunlar işləmir" - Erməni hüquq müdafiəçisi

22 Dekabr 2016 17:04

Qanun tətbiq edildiyi ölkədə yaxşı işləyir. Qanunun qəbulu təkcə şəxsi məqsəd üçün olmamalı və ya formal olaraq inkişaf etmiş Avropa ölkələrinə oxşamaq üçün qəbul edilməməlidir.

Dortmundda antiterror əməliyyatı: saxlanılanlar var

22 Dekabr 2016 17:00

Almaniyanın Dortmund şəhərində xüsusi antiterror əməliyyatları keçirilib. Əməliyyat zamanı dörd nəfər saxlanılıb. Onların Berlində terror törətməkdə şübhəli bilinən Anis Amirlə əlaqəli olub-olmadığı yoxlanılır. Şəhər prokurorluğu saxlanılanlarla bağlı hələlik münasibət bildirməyib. Azvision.az

Spirt tərkibli preparatlar yalnız reseptlə satılacaq

22 Dekabr 2016 16:59

Rusiyada spirt tərkibli tibbi preparatlar, o cümlədən "Valokordin" və "Boyarışkin" apteklərdə yalnız həkim reseptləri ilə satılacaq. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Xloponin deyib.

Gürcü politoloqlar: “Ermənistan xarici siyasətini dəyişərək, qonşu dövlətlərlə normal münasibətlər qurmalıdır”

22 Dekabr 2016 16:57

Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bu günlərdə keçirilən qurultayında çıxışında və mətbuata verdiyi açıqlamalarında Ermənistan iqtidarının siyasətinin iflası, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştlər haqqında səsləndirdiyi fikirlər Gürcüstanda da birmənalı qarşılanmayıb. 

Nardaran Ağsaqqallar Şurası sədrinin cinayət işi məhkəməyə göndərilir

22 Dekabr 2016 16:53

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İosif Stalinin nəvəsi vəfat edib

22 Dekabr 2016 16:48

Sovet rəhbəri İosif Vissarionoviç Stalinin nəvəsi Yevgeni Cuqaşvili bu gün Moskvada vəfat edib. Küçədə özündən getmiş yaşlı kişini görən şəhər sakinləri təcili yardım çağırsalar da, Yevgeni Cuqaşvilini xilas etmək mümkün olmayıb. Mənbənin bildirdiyinə görə, Stalinin nəvəsinin nəşi evinin yaxınlığında küçədə tapılıb. 80 yaşlı kişinin ölümünün səbəbi ekspertizadan sonra məlum olacaq. Virtualaz.org 

Bakının baş planı: 2035-ci ilədək 122 min bina köçürüləcək

22 Dekabr 2016 16:47

Bakı şəhərinin Ərazidən İstifadə və Zonallaşdırma Planına (baş plan) əsasən, 2035-ci ilədək 121 919 bina köçürüləcək". Bu barədə adıçəkilən sənəddə qeyd edilib.

Bakıda qrunt sularının səviyyəsi qalxıb, evləri su basıb

22 Dekabr 2016 16:45

Bakının Binə qəsəbəsində subasma hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun  verdiyi məlumata görə, Binə qəsəbəsində “Bakavtomat” zavodunun yaxınlığında qrunt sularının səviyyəsi qalxıb, nəticədə torpaq sahələri, onlarla evin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub.

Putin: "Bu gün istənilən potensial təcavüzkardan daha güclüyük"- VİDEO

22 Dekabr 2016 16:43

"Rusiya hazırda hər hansı potensial təcavüzkardan güclüdür". Bu sözləri Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxış edən Rusiya prezidentiVladimir Putin deyib. Lakin o bildirib ki, arxayınlaşmaq olmaz: "Diqəttinizə çatdırmaq istəyirəm ki, əgər biz bir dəqiqə belə arxayınlaşsaq, ordu və donanmanın modernləşməsində, qoşunların hazırlığında bircə əhəmiyyətli uğursuzluq baş versə, o zaman vəziyyət tez dəyişəcək".

DQİDK-nın rəsmisi: “Radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir”

22 Dekabr 2016 16:41

“Ümumiyyətlə Azərbaycanda radikalizmlə bağlı mübarizə üç istiqamətdə həyata keçirilir. Birincisi, ideoloji istiqamətdir”. Bunu  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Gündüz İsmayılov: “Dünya birliyi kimin təcavüzə məruz qaldığını çox gözəl bilir”

22 Dekabr 2016 16:39

“Biz Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) olaraq işğal altında qalan və təcavüzə məruz qalmış, erməni vandalizmin qurbanı olmuş tarixi dini abidələrimizlə bağlı məsələni daim diqqət mərkəzində saxlayırıq”. Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.