MTRŞ: "Lider" televiziyasının "Çıxış yolu" verilişinin formatı dəyişdirilib və yayımı bərpa olunub
22 Dekabr 2016 16:54 Sosial"Lider" televiziyasının "Çıxış yolu" verilişinin yayımı bərpa olunub. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
Onun sözlərinə görə, verilişin adı olduğu kimi saxlanılıb, formatında isə dəyişiklik edilib: "MTRŞ-nın verdiyi tövsiyələrin nəzərə alınması əsasdır".
Qeyd edək ki, "Çıxış yolu" verilişinin yayımı bir müddət əvvəl efirdə qeyri-etik ifadələr səsləndirildiyinə görə dayandırılıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31