Gündəm

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

22 Dekabr 2016 17:59

Dekabrın 22-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin (HEB) Ümumi iclası keçirilib. Tədbirdə HEB-in üzvləri, elmi müəssisələrin direktor, direktor müavinləri və elmi katibləri iştirak ediblər.

Azərbaycanın irəli sürdüyü qətnamə BMT Baş Assambleyasında qəbul edildi

22 Dekabr 2016 17:57

BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib.

XİN: "Konstantin Zatulin Azərbaycan-Rusiya əlaqələrinin inkişafından narahatdır"

22 Dekabr 2016 17:56

Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafından narahatdır. Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev K.Zatulinin Yerevanda səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Poroşenko İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22 Dekabr 2016 17:54

Ukraynanın Prezidenti Petro Poroşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri,

Azərbaycanlı avtoritetin cəzası endirildi

22 Dekabr 2016 17:51

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rusiyada qətl törətməkdə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Vladimir Putin İlham Əliyevi təbrik edib

22 Dekabr 2016 17:52

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qardaşlar timsahı zorlamaq istədilər

22 Dekabr 2016 17:26

Cənubi Afrika Respublikasının Limpopo ştatında qeyri-adi cinayət hadisəsi baş verib. İmpotensiyadan əziyyət çəkən 3 qardaş bu lənətdən qurtulmaq üçün dişi timsahı zorlamağa cəhd edən zaman digər timsahlar tərəfindən parçalanıb.

Peterburqda 34 yaşlı azərbaycanlı güllələndi

22 Dekabr 2016 17:25

Sankt-Peterburqda adı açıqlanmayan 34 yaşlı azərbaycanlı güllələnib. Həmyerlimiz dərhal xəstəxanaya çatdırılıb.  O, əl və ayaq nahiyələrindən xəsarət alıb. Azərbaycanlı ona atəş açan şəxsi tanımadığını bildirib. Hadisə Anisimova küçəsində baş verib.  Həmyerlimizin vəziyyətinin orta ağır olduğu bildirilir.  Azvision.az

"Piter Elçin"'in qardaşının güllələnmə səbəbi məlum oldu - Peterburqdan Masallıyadək davam edən QAN DAVASI 

22 Dekabr 2016 17:23

Kriminal aləmdə ''Piter Elçin'' kimi tanınan Elçin İsmayılovun ötən gün Masallı rayonunda öldürülən qardaşı Fariz İsmayılovun güllələnməsinin ilkin motivi məlum oldu. Criminal.az saytının əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Lənkəran sakini Murad Quluzadənin həmin qardaşlarla üzün müddətdir davam edən qan davası olub. 

Maşinisti olmayan metro istifadəyə verildi

22 Dekabr 2016 17:21

Çində yeni pilotsuz metronun istifadəyə verilməsi münasibəti ilə mərasim keçirilib.  Honkonq əyalətinin Syanqan şəhərində olan metro qatarında maşinist kabinəsi yoxdur. Bu il dekabrın 28-də yola çıxan qatar avtomatik mexanizmlə idarə olunacaq. Qatarı "CRRC Changchun Railway Vehicles Company Ltd." şirkəti hazırlayıb. Xəttə cəmi 30 vaqondan ibarət 10 qatar çıxacaq. Sürəti saatda 80 kilometrdir.  Çində bu, üçüncü maşinisti olmayan qatar xəttidir. İlk avtomat idarəetməsi olan qatar 2008-ci ildə Pekində, ikincisi isə 2010-cu ildə Çjutsyan-Quaçjoy arasında açılıb.  Bundan başqa, Şanxay şəhərində də sürücüsüz metro var.   Teleqraf.com

''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib

22 Dekabr 2016 17:18

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib 

22 Dekabr 2016 17:17

Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Raqif Abbasov: “Prezident İlham Əliyevin ətrafında çoxminli idman ordusu birləşib” 

22 Dekabr 2016 17:15

“Dövlət başçımız cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra Azərbaycanın idman siyasətində yeni dövr başlayıb. Cənab Prezidentin apardığı  məqsədyönlü siyasət nəticəsində Azərbaycan idmanının sürətli inkişafı və əldə olunan uğurlar bütün dünya ölkələrinə nümunədir”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

"Prezidentimizin ən böyük nailiyyəti Azərbaycanı dünyada tanıtmasıdr"

22 Dekabr 2016 17:13

“Azərbaycan Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə ölkəmizin ümumi daxili məhsulu, sənayesi, qeyri-neft sektorunun inkişafı bir neçə dəfə artıb, əhalinin rifah halı yaxşılaşıb”. Bu fikirləri  Milli Məclisin regional komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə deyib.

Biz Azərbaycanda bütün sahələr üzrə inkişafı görürük

22 Dekabr 2016 17:12

“Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilk növbədə ölkəmizin milli maraqlarına söykənir”. Bunu  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.