Biz Azərbaycanda bütün sahələr üzrə inkişafı görürük

“Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilk növbədə ölkəmizin milli maraqlarına söykənir”. Bunu  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

"Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilk növbədə ölkəmizin milli maraqlarına söykənir". Bunu  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.

İcraçı direktorun sözlərinə görə, son illər bizlər ölkəmizin nə qədər qüdrətli və güclü bir dövlətə çevrildiyini görürük: "Təbii ki, bunlar hamısı cənab Prezidentin öz şəxsi iradəsi, bacarığı, bilikləri sayəsində əldə olunub. Eyni zamanda biz Azərbaycanda bütün sahələr üzrə inkişafı görürük. Nəinki gənclər sahəsi, eləcə də digər bütün sahələr inkişaf edir. Bunlar hamısı Ümummilli Lider Heydər Əliyevin yaratdığı, qurduğu müasir Azərbaycanın nailiyyətləridir. Biz bugün çox sevinirik ki, Ulu Öndərimizin siyasi kursu cənab İlham Əliyev tərəfindən uğurla davam edir. Azərbaycan Prezidenti ölkəmizi daha güclü, müasir və daha da inkişaf etmiş dövlətə çevirir. Mən cənab Prezident İlham Əliyevə 55 illik yubileyi münasibətilə uzun ömür can sağlığı arzu edirəm. Arzu edirəm ki, onun qayğısı, diqqəti, çətiri Azərbaycanın üzərindən heç zaman getməsin". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31