Gündəm

Azərbaycan prezidenti Yaponiya imperatorunu təbrik edib

22 Dekabr 2016 18:55

Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram”. Apa.az

Nazirlik: Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək

22 Dekabr 2016 18:53

Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.

Yıldırm: Karlovun qətlində təqsirkarlar cəzalandırılacaq

22 Dekabr 2016 18:51

Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb.

Suriyada həlak olan türk hərbçilərinin sayı artıb

22 Dekabr 2016 18:50

"Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün davam edən döyüşlərdə Türkiyə Silahlı Qüvvələrinin 16 hərbçisi həlak olub, 31 nəfər yaralanıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşıq məlumat verib. Nazirin sözlərinə görə, əməliyyat başlayandan bəri mindən çox İŞİD silahlısı zərərsizləşdirilib. Təkcə ötən gün türk ordusunun keçirdiyi əməliyyat nəticəsində 138 silahlı məhv edilib. "Fərat qalxanı" əməliyyatı başladıqdan bəri həlak olan türk hərbçilərinin sayı 30-u keçib. Trend.az

Robotlar 3 ilə 7 milyon insanı işsiz qoyacaq

22 Dekabr 2016 18:48

Bir neçə ildən sonra robotlar insanları fiziki işlə yanaşı intellektual sahədə də əvəzləyə biləcək.  Bəzi eksperlərin fikrinə görə, bir müddətdən sonra insanlar robotlarla rahat danışa biləcək. Perem universitetinin informasiya texnologiyası kafedrasının dosenti Dinara Qaqarinin sözlərinə görə, indiki zamanda robotlar insanları fiziki və kiçik intellektual sahədə əvəzləyə bilir, lakin bir neçə ildən sonra robotlar insanları ağır intellektual işlərdə də əvəzləyəcək.

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı

22 Dekabr 2016 18:37

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb.

Rusiya qətlə yetirilən səfir dəfn olundu

22 Dekabr 2016 18:30

Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovla vida mərasimi keçirilib. Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyində keçirilən mərasimə prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev də qatılıblar.

Bu necə oğruluqdur? – İNANILMAZ VİDEO

22 Dekabr 2016 18:28

Küçədə danışan zaman telefonu necə oğurlamaq olar? Amma bu, mümkündür.

Almeyda "Qarabağ"ı tərk edib, İtaliyada oynaya bilər

22 Dekabr 2016 18:25

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda gələn ay, qış transfer pəncərəsi dönəmində "Qarabağ"ı  tərk edə bilər.

Medvedev İlham Əliyevə məktub ünvanladı: "Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram"

22 Dekabr 2016 18:24

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ağacan Abiyev: “Bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib”

22 Dekabr 2016 18:21

"Azərbaycan son illər mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır”. Bu fikirləri Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib. A.Abiyev bildirib ki, ölkəmizdə idmanın inkişafına dövlət qayğısının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Ekspert: "İsrail və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək"

22 Dekabr 2016 18:08

Başa çatmaqda olan il Azərbaycan-İsrail münasibətləri üçün kifayət qədər effektiv olub. Bunu  İsrailin "Nativ" xüsusi xidmətinin keçmiş rəhbəri, diplomat Yakov Kedmi deyib. O qeyd edib ki, bu ilin ən əsas hadisəsi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri olub. Ekspert deyib ki, bu səfər zamanı ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün əsaslar qoyulub. Y.Kedminin sözlərinə görə, İsrail və Azərbaycan arasındakı münasibətlər dərin dostluq, qarşılıqlı maraqlar üzərində qurulub və strateji xarakter daşıyır. Trend.az

Avropa Oyunları ilə bağlı yenilik: “Yol xərclərini Avropa Olimpiya Komitəsi öz üzərinə götürəcək”

22 Dekabr 2016 18:04

II Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2019-cu ildə Belarusda təşkil olunacaq yarışa Minskin “Dinamo” stadionunda start veriləcək.

Moskva məhkəməsi İŞİD-ə qoşulmaqda təqsirləndirilən əlaçı tələbə qıza hökm oxuyub

22 Dekabr 2016 18:01

Moskva Hərbi Məhkəməsi İŞİD-ə qoşulmaqda təqsirləndirilən Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova barəsində hökm çıxarıb.

“Yatmış” insanların “qəribə” evləri...

22 Dekabr 2016 18:00

İllər öncə çox cavankən dünyasını dəyişən həyat yoldaşımın məzarının tikilməsi məsələsi ortaya gələndə israr etdim ki, qəbir daşı mərmər olmalıdı. Heç bir etiraz qəbul etmirdim. Elə bilirdim ki, qəbrin üstündə ucuz daşlardan olsa, dünya uçacaq və mən təkrar başqa bir uçqunun altında qalacam. Sonda mən deyən oldu. İndi qəbristanlıqda ən hündür yerdə dəfn olunan həyat yoldaşımın qara mərmərdən olan məzar daşı uzaqdan adama “gəl-gəl” deyir...