Gündəm
Hamilələrin nəzərinə: Doğuşun yaxınlaşdığını göstərən 6 ƏLAMƏT
Yaxınlaşan doğuşun müjdəçiləri - orqanizmin uşağın dünyaya gəlməsinə hazırlaşdığını göstərən əlamətlərdir.
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və...
Həm canımızı ağrıdan, həm də gözəlliyimizə kölgə salan uçuqlardan qurtulmaq asan olmur. Lakin bu problemlə də mübarizə aparmağın yolları var. Aile.lent.az uçuğu sağaldan tövsiyələr təqdim edir.
Məşhur modeldən erməni porno-ulduza SƏRT SÖZLƏR: "Ona baxanda..."
Dünyanın ilk super modeli kimi tanınan Cenis Dikinson məşhur Kardaşiyan bacılarını tənqid edib. 61 yaşlı keçmiş model 21 yaşlı model Kendall Jenneri model hesab etmədiyini deyib: "Onun super model olduğunu düşünürsünüz? O super model deyil. Mənimlə müqayisə edilə bilməz. Almalarla portağallar kimi”.
Çətin vəziyyətdə olan delfin insanlara yaxınlaşdı və... - VİDEO
Okeanda dalğıclar maraqlı anlara şahidlik edib. Delfin dalğıcların yanına gəlib. Onlar ilk olaraq delfinin bunu nə üçün etdiyini bilməyiblər. Lakin diqqətlə baxdıqda delfinin onlardan kömək istədiyi məlum olub. Sən demə, delfinin yapışan məftil hərəkətində çətinlik yaratdığı üçün o kömək məqsədilə insanlara yaxınlaşıb. Publika.az
2017-ci ildə planet əhalisinin 44 faizi smartfondan istifadə edəcək
“Strategy Analytics” tədqiqat şirkəti araşdırma apararaq 2016-2022-ci illər ərzində dünyada smartfon istifadəçilərinin sayının 58 faiz artacağını açıqlayıb. Dünya əhalisi arasında smartfonların nüfuzetmə səviyyəsinin 2016-cı ildə 39 faiz təşkil edəcəyi, 2017-ci ildə 44 faizədək artacağı gözlənilir. Həmçinin hesabat dövründə göstəricinin 59 faizə yüksələcəyi proqnozlaşdırılır.
“Gartner”: Yaxın illərdə "ağıllı maşınlar"dan istifadə artacaq
"Gartner" analitik şirkətinin mütəxəssislərinin proqnozuna görə, yaxın illərdə "ağıllı maşınlar"dan istifadə artacaq. Analitiklər "ağıllı maşın" terminini koqnitiv hesablama, süni intellekt, intellektual avtomatlaşdırma, kompüter təlimi və dərin təlim kimi izah edirlər.
Növbəti ilin əsas kibertəhlükələri məlum olub
“Kasperski laboratoriyası” şirkəti 2017-ci ildə hakerlərin daha çox fond birjaları və investisiya fondlarına hücum edəcəyini, virtual valyutanın oğurlanması hallarının artacağını proqnozlaşdırır.
“Facebook” real vaxt rejimində audio yayım xidmətini istifadəyə verib
“Facebook” sosial şəbəkəsi “Live Audio” adlı audio yayım xidmətini istifadəyə verib: kontentin çatdırılması üzrə yeni sistem hələ ki sınaq rejimində işləyir.
NASA-nın elektromaqnit çantası yanğınsöndürənləri və xilasediciləri tapmağa kömək edəcək
NASA tərəfindən yanğınsöndürənlər və xilasedicilər üçün hazırlanmış elektromaqnit treker onları uçqun, mağara və başqa əlçatmaz yerlərdə tapmağa kömək edəcək.
Hava şarlarından ibarət robot nümayiş olunub
Yaponiya mühəndisləri korpusu heliumla doldurulmuş nazik materiyadan ibarət robot manipulyator yaradıblar.
Azərbaycanda təyyarələrin qaçırılmasının qarşısını almaq üçün Əməliyyat Qərargahı yaradılacaq
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabinetiyanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Yosunlardan süni dəri yaradılıb
Çili Katolik Universitetinin (Santiago's Catholic University of Chile) professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi, prinsipcə, yeni süni dəri yaradıb. Digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə oksigenlə yanaşı, məsələn, sətəlcəmə qarşı və regenerasiya təsirli antibiotik və molekullar hasil edə bilir.
Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bakıda təhlükəli virus: “Meningit, sətəlcəm, kəskin bronxit yaradır...”
Son günlər əhali arasında kəskin qrip xəstəliyi yayılıb. Bu narahatlıq daha çox qızdırma, qusma, bel və kürək nahiyəsində ağrılar, öskürəklə müşayiət olunur. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının həkimi Namiq Muradov Aile.lent.az-a bildirib ki, təkcə ötən gecə bir stansiyaya 6 çağırış daxil olub ki, bunların 5-i qızdırma və qusma şikayəti ilə bağlıdır. Həkim onu da əlavə edib ki, son günlər bu cür şikayətlərlə gələn çağırışların sayı çoxdur.














