Yıldırm: Karlovun qətlində təqsirkarlar cəzalandırılacaq

Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın Ankaradakı səfirliyində Andrey Karlovun öldürülməsi ilə bağlı açılmış matəm kitabını imzalayıb. Məlumata görə, baş nazir cinayəti törədənlərin layiqli cəzaların alacağını qeyd edib.

B.Yıldırım yazıb: "Bu mənfur qətllə ölkələrimiz arasında münasibətlərə zərər vurmaq istəyənlər öz məqsədlərinə çatmayacaq. Bu məsələdə təqsiri olanlar bir-bir aşkar olunacaq və layiqli cəzanı alacaq".

Baş nazir A.Karlovun iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini və Türkiyə-Rusiya dostluğunun əbədi rəmzi olaraq qalacağını qeyd edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31