Azərbaycan prezidenti Yaponiya imperatorunu təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram”. Apa.az
22 Dekabr 2016 18:55 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Məlumata görə, dövlət başçısının məktubunda deyilir: "Əlahəzrət, Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram". Apa.az