''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib
Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.
22 Dekabr 2016 17:18 SosialBu günlərdə "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ tərəfindən həyata keçirilir.