“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr ayında Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi layihəsini həyata keçirib.
22 Dekabr 2016 16:12 SosialAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr ayında Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" adlı məqalə müsabiqəsi layihəsini həyata keçirib. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, müsabiqəyə 14 noyabrda start verilib, noyabrın sonunda isə müsabiqəyə yekun vurulub. Müsabiqəyə təqdim olunmuş yazılar nömrələnərək, anonim şəkildə münsiflərə təqdim olunub və müvafiq qiymətləndirməyə əsasən qalib müəyyənləşdirilib. Müsabiqənin özəl şərti isə ondan ibarət idi ki, jurnalistlərdən yeni yazı tələb olunmurdu. Yəni jurnalistıər 2016-cı il ərzində bu mövzuda dərc edilən yazılarını müsabiqəyə təqdim edə bilərdilər. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibi 1000 AZN, II yerin qalibi 800 AZN, III yerin qalibi isə 600 AZN məbləğində mükafat alacaqdır. Bundan başqa müsabiqədə 4 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim
olunacaqdır. Müsabiqənin mükafatlandırma mərasimi 23 dekabr 2016-cı il, saat 14.00-da Hyatt Regency Otelinin Şuşa zalında keçiriləcək. Tədbirdə müxtəlif dövlət rəsmilərinin və media nümayəndələrinin iştirakı gözlənilir.