Qafqaz regionu daima beynəlxalq terror təşkilatlarının maraq dairəsindədir

İŞİD-in Rusiya səfirliklərinə qarşı terror hücumunu həyata keçirmək üçün Bakıdakı səfirliyini göstərməsi, bu təhlükənin aktual olduğunu göstərir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

İŞİD-in Rusiya səfirliklərinə qarşı terror hücumunu həyata keçirmək üçün Bakıdakı səfirliyini göstərməsi, bu təhlükənin aktual olduğunu göstərir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, Şimali Qafqazda terrorçuların İŞİD-ə biət etməsi məlumdur: "Azərbaycanın şimal bölgəsində terrorçu qrupların daima zərərləşdirilməsini görürük. Onların Bakıda terror həyata keçirmək planlarının üstü daima açılıb. İŞİD belə terraktları burada olan terrorçuların əli ilə həyata keçirə bilər". Politoloq deyib ki, ölkəmizdən Suriyaya gedib, terrorçu qruplaşmalarda, silahlı münaqişlərdə iştirak edən insanlar var və onların təlimatla ölkəmizə göndərilməsi də gerçəkləşə bilər: "Odur ki, belə təhlükələrə qarşı kompleks təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır. Qafqaz regionu daima beynəlxalq terror təşkilatlarının maraq dairəsindədir. Noyabr ayında Ələt qəsəbəsində və Binə ticarət mərkəzində potensial radikal dini terrorçuların məhv edilməsi göstərir ki, Azərbaycan da bu kimi, terrordan sığortalanmayıb. Ona görə də Türkiyə və Rusiya səfirliklərinin təhlükəsizliyi üst səviyyədə təşkil olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31