Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcək
Dekabrın 23-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcək. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir. Tədbirdə sağlamlıq imkanları məhdud olan, valideyin himayəsindən məhrum və məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gəncin iştirakı nəzərdə tutulur.
22 Dekabr 2016 15:27 SosialDekabrın 23-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcək. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir. Tədbirdə sağlamlıq imkanları məhdud olan, valideyin himayəsindən məhrum və məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gəncin iştirakı nəzərdə tutulur.