Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AzTU-da seminar keçirib 

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə seminar keçirilib.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə seminar keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun İnnovativ Təhsil və İKT departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə prorektor İsa Xəlilov təqdim olunan təlimlərin əhəmiyyətindən danışaraq bildirib ki, müasir gənclərin İnformasiya texnologiyaları sahəsində karyera qurmaları üçün bu seminarlar çox vacibdir. Prorektor bildirib ki, müsair dövrün əsas tələbi elektron resurslardan səmərəli istifadə və elektron hökumətin istifadəçisi olmaqdı. Qeyd olunub ki, elektron resurslardan səmərəli istifadə vətəndaşlara bir sıra vacib üstünlüklər qazandırır. Daha sonra Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru Rauf Cabarov mərkəzdə keçirilən təlimlər haqqında geniş məlumat verib və tələbələri bu proqramların təlimlərinə dəvət edib. Mərkəz direktoru bildirib ki, təlimlərin əsas məqsədi İT sahəsində karyerasını inkişaf etdirmək istəyən gənclərin peşə bacarıqlarına daha dərindən yiyələnməsini təmin etməkdir. Sonda Elektron Hökumət Təlim-Tədris Mərkəzinin kurslarında öyrədilən proqramların siyahısı tələbələrə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31