Avtomobillərinn qeyri-qanuni parklanmasının qarşısı alınacaq

Etiraf etmək lazımdır ki, son illərdə paytaxt Bakının nəqliyyat sisteminin yaxşılaşdırılması, sərnişindaşımada mövcud olan bir sıra problemlərin aradan qaldırılması istiqamətində təqdirəlayiq addımlar atılıb. Xüsusilə, bir il bundan əvvəl Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə sözügedən prosesə təkan verilib. Dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi ötən bir ildə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. İlk mərhələdə görülən işlər sərnişinlər tərəfindən birmənalı qarşılanmasa da, lakin sonradan bu tədbirlərin məhz onların rahatlığı üçün həyata keçirildiyinin fərqinə varılması Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi prosesini bir qədər də sürətləndirdi. Çünki paytaxtın böyük bir hissəsini əhatə edən bu tədbirlər məhz sərnişinlərin rahatlığı üçün hesablanıb.

Ticarət və ictimai iaşə obyektləri də yeniliklərə tabe olmaq məcburiyyətində qalacaq

Ancaq onu da etiraf etmək lazımdır ki, hələ də nəqlıyyat sistemi ilə bağlı paytaxtda bəzi problemlər qalmaqdadır. Bu probıemlərdən biri də avtomobillərin parklanması ilə əlaqədardır. Belə ki, parklanmanın təşkili zamanı yolun hərəkət istiqamətinin nəzərə alınmaması, parkinq aparatlarının yolun hər iki kənarına qoyulması hərəkət zamanı tıxacların yaranmasına səbəb olur. Eyni zamanda ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması, o cümlədən yol nişanlarının quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermir. Bu kimi problemlərin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilərək müvafiq icazə olmadan quraşdırılmış yol nişanlarının çıxarılması təmin edilib. Hazırda isə parklanma prosesinin daha da optimallaşdırılması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində iş aparılır. Məlumat üçün qeyd edək ki, qeyd edilən məsələ ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilib. Bəs görəsən mövcud qanunvericiliyə edilən dəyişikliklər özündə nəyi ehtiva edir və qeyd edilən sahədə mövcud olan problemi aradan qaldırmaq nə dərəcədə mümkün olacaq?

Milli Məclisin deputatı Vüsal Hüseynov da deyir ki, şəhər sakinlərinin mütəmadi rastlaşdığı avtomobillərin parklanması ilə bağlı məsələlərin tənzimlənməsi və tıxacların qarşısının alınması məqsədi ilə Milli Məclis tərəfindən son iclasda Yol hərəkəti haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə parklanmanın yeni qaydalarını müəyyən edən dəyişikliklər olunub. Millət vəkilinin szlərinə görə, bu

Qanunlar, o cümlədən müəyyən edilmiş cərimələr 2017-ci il 1 iyul tarixdən qüvvəyə minir: "Hər hansı parklanma yerinin bu Qanunun təsiri altına düşməsi üçün həmin yerlər müvafiq parklanma nişanları və xətləri ilə işarələnməlidir. Parklanma yeri dedikdə yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsi və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış yerlər nəzərdə tutulur. Bu Qanun xüsusi mülkiyyətdə olan sahələrdə (yollar istisna olmaqla) olan parklanma yerlərini əhatə etmir, nümunə üçün ticarət mərkəzləri, yaşayış sahələri və sair. Parklanma yerləri dayanma və ya durmanın qadağan edildiyi yerlərdə təşkil edilə bilməz. Adətən avtomobili saxlamışdım 10 dəqiqəyə gəldim ki, artıq cərimə meydançasına aparılıb və cərimə müəyyən edilib kimi hallar dayanma və durmanın qadağan edildiyi yerlərdə baş verir ki, yeni Qanununda bu hallara təsiri olmayacaqdır". Vüsal Hüseynov qeyd edib ki, parlkanma ilə bağlı ödəniş parklanma yerini tərk edərkən də parklanma müddətindən asılı olaraq ödənilə bilər. Bu isə vaxt bitdi, təkrar ödəniş etməliyəm kimi mövcud narahatlıqları aradan qaldıracaq: "Avtomobili saxlanılır və yeri tərk edən zaman da istifadə müddətinə uyğun ödəniş etmə imkanı təmin edilir. Dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkili qadağan edilir. Bununla bağlı müvafiq dövlət orqanlarının siyahısı qəbul ediləcək. Nəqliyyat vasitəsi parklanma yerindən cərimə meydançasına aparıldığı halda (parklanma yerində 24 saatdan artıq durduqda və bununla bağlı müvafiq məlumatlandırma göndərildikdən sonra) parklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə nəqliyyat vasitəsinin aparılacağı ən yaxın cərimə meydançaı barədə məlumat yerləşdirilməlidir. Parklanmaya görə ödəniş edilmədikdə və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edildiyi hallar üçün 10 manat, 24 saatdan artıq müddətə istifadə edildiyi halda isə 20 manat məbləğində inzibati cərimə müəyyən edilir".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31