Nişanlısından ayrılan müğənninin yeni sevgilisi var?
Müğənni Ledi Qaqa bu günlərdə naməlum kişi ilə səmimi şəkildə görünüb. L.Qaqa keçən ilin fevralında Teylor Kinni ilə nişanlanmışdı. Bu yay evlənəcəyi gözlənilən cütlük gözlənilmədən ayrıldıqlarını elan etmişdi.
22 Dekabr 2016 15:23 DünyaMüğənni Ledi Qaqa bu günlərdə naməlum kişi ilə səmimi şəkildə görünüb. L.Qaqa keçən ilin fevralında Teylor Kinni ilə nişanlanmışdı. Bu yay evlənəcəyi gözlənilən cütlük gözlənilmədən ayrıldıqlarını elan etmişdi.
Onlar ayrılsalar da, yenidən bir araya gələ biləcəklərini istisna etmirlər. Beş il sevgili olan Teylor və Qaqa münasibətlərində sadəcə fasilə etdiklərini, bir müddət sonra yenidən bir araya gələcəklərini deyirlər.
Lakin Qaqanın Qərbi Hollivudda naməlum şəxslə görünməsi bu münasibətin gələcəyini şübhə altına qoyub. Şahidlərin sözünə görə, müğənni həmin şəxslə çox mehriban və səmimi davranırmış. Axşam.az