Gürcüstan paytaxtında qəza nəticəsində 20 minədək insan işıqsız qalıb

Gürcüstan paytaxtı Tbilisidə qəza nəticəsində 20 minədək insan işıqsız qalıb. Məlumata görə, qəza paytaxtın Didube-Çuquret rayonundakı yüksək cərəyan xətlərinin birində baş verib. Hazırda David Aqmaşenebeli prospekti və Rustaveli prospektinin bir  hissəsində yaşayan abonentlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Enerji nəqlinin dayandırıldığı rayonda 20 minədək insan yaşayır. Hazırda qəzanın baş verdiyi ərazidə təmir-bərpa işləri aparılır. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl ölkənin qərbində yerləşən Acarıstanın dağlıq kəndlərinə yağan güclü qar nəticəsində elektrik enerjisi xətləri zədələnib, yollarda hərəkət məhdudlaşıb.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31