Tramp Karlovun qətlində müsəlmanları günahlandırdı
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Türkiyədə rusiyalı səfirin öldürülməsi və Almaniyadakı terroru qorxunc olay kimi qiymətləndirib.
22 Dekabr 2016 14:51 DünyaABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Türkiyədə rusiyalı səfirin öldürülməsi və Almaniyadakı terroru qorxunc olay kimi qiymətləndirib. Tramp bu hadisələrdən sonra seçki kampaniyası zamanı müsəlmanlarla bağlı vədində haqlı olduğunu deyib. Tramp son hadisələrdən sonra müsəlmanların ölkəyə girişinin qadağan edilib-edilməyəcəyi barədə suala cavab verib: "Əvvəldən planlarımı bilirsiniz. Haqlı çıxdım. Yüzdə 100. Yaşananlar utancvericidir". Yeni prezident, həmçinin Berlin və Ankaradakı hadisələrdən sonra Obama ilə danışmadığını bildirib. Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31