Gündəm

Azərbaycanda söz və fikir azadlığı inkişaf etdirilir

17 Yanvar 2017 16:57

Özünü demokratiyanın beşiyi hesab edən bir sıra Avropa ölkələrindən fəqrli olaraq Azərbaycanda sözün həqiqi mənasında müstəqil media formalaşıb. Bunun üçün dövlət siyasəti müəyyən edilib, qanunvericilik bazası möhkəmləndirilib. Üstəlik dövlət media orqanlarına lazımi diqqət və qayğını göstərir.

Xalça Muzeyində “Şəhidlər  Yaşayır”

17 Yanvar 2017 16:52

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

“20 Yanvar Müstəqilliyimizin Şəhidlik Zirvəsidir” mövzusunda anım günü təşkil edilib

17 Yanvar 2017 16:50

17 yanvar 2017-ci il tarixində Goranboy rayon Mərkəzi Kitabxanası 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə “20 Yanvar Müstəqilliyimizin Şəhidlik Zirvəsidir” mövzusunda anım günü təşkil etdi. Tədbir Goranboy rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər kompleksi” önündə keçirildi.

İslam İnkişaf Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

17 Yanvar 2017 16:48

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə son dövrlər Azərbaycan dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidənqurulması istiqamətində atılan addımlar barədə məlumat verib.

Davosa doğru – Bakı” Forumu keçirilir

17 Yanvar 2017 16:47

ADA Universitetində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Davosa doğru – Bakı” Forumu (“Shaping Davos – Baku”) işə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən keçirilən Forumun əsas mövzusu “Məşğulluq vasitəsilə yeni imkanların yaradılması”dır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth Inc” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə təşkil olunub. “Davosa doğru – Bakı” Forumunun nəticələri yanvarın 19-da onlayn bağlantı ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə beynəlxalq panel iclası təşkil olunacaq.

Bu gün və sabah geomaqnit qasırğası baş verəcək

17 Yanvar 2017 16:41

"Günəşin səthində 24 ləkə və 2 fəallıq qrupu (ləkələr toplusu - AR) müşahidə olunur. Diskin kənarına yaxın yerləşən aktiv regionlar AR 2625 və 2626 nisbətən maqnit konfiqurasiyasına malik olduğundan bu regiona daxil olan Günəş ləkələrinin yaxınlığında güclü alışmanın baş vermə ehtimalı aşağıdır. Bir azdan bu aktiv regionlar Günəşin fırlanması səbəbindən görünən diskin ortasına yaxınlaşaraq “geoeffektiv” olacaq. Bu vəziyyətdə alışma baş verərsə, onlar Yerə birbaşa təsir edəcək”. 

82000 ədəd siqaret aşkar edilib

17 Yanvar 2017 16:36

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Tərtər məktəbliləri ilə “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilib

17 Yanvar 2017 16:35

Yevlax Gömrük İdarəsi “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə növbəti görüşü bu dəfə cəbhəyanı bölgədə təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tərtər şəhərindəki Gənclər Mərkəzində baş tutan tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları iştirak ediblər.

Əmtəəlik qaz hasilatı 3,9 faiz azalıb

17 Yanvar 2017 16:32

2016-cı ildə sənaye sahəsində 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artmış, neft sektorunda isə 1,1 faiz azalıb. Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb.

Tikinti sahəsinə yönələn vəsaitin həcmi aşıqlanıb

17 Yanvar 2017 16:30

2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 14903,4 milyon manatlıq vəsaitin 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 79,8 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 1677,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil etmişdir.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac rəqabətli olub

17 Yanvar 2017 16:29

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 yanvar tarixində növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, açıq və şəffaf şəraitdə keçirilən bu dəfəki hərracda prosesi izləmək istəyən media nümayəndələri və vətəndaşlar da iştirak edib.

Dövlət Komitəsində fransız yazıçısı ilə görüş keçirilib

17 Yanvar 2017 16:26

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Strasburq şəhərində fəaliyyət göstərən “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti, fransız yazıçısı Jerar Kardon ilə görüşü keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Azərbaycan qadını barədə bədii əsər yazmaq məqsədi ilə ölkəmizdə səfərdə olan fransız yazıçısı ölkəmizin həyat tərzi ilə tanışlıq, məlumatların yerində toplanılması məqsədi ilə bir sıra görüşlər həyata keçirir.

“İçəri Şəhər” Hindistanın növbəti film festivalında

17 Yanvar 2017 16:24

“İçəri Şəhər” bədii filmi Hindistanın 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 20-26 yanvar tarixlərində Mumbay şəhərində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. “İçəri Şəhər” filmi hal-hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.

Cəbhədə yeni əməliyyatların başlaması labüd görünür

17 Yanvar 2017 16:23

Cəbhə bölgəsində və Tovuz istiqamətində sərhəddə Ermənistanın təxribatları nəticəsində mövqe döyüşləri davam edir. Erməni tərəfi 82 mm lik artilleriya və kiçik radiuslu od saçanlardan istifadə etməkdədir.

Minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

17 Yanvar 2017 16:20

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir. Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.