Davosa doğru – Bakı” Forumu keçirilir
ADA Universitetində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Davosa doğru – Bakı” Forumu (“Shaping Davos – Baku”) işə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən keçirilən Forumun əsas mövzusu “Məşğulluq vasitəsilə yeni imkanların yaradılması”dır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth Inc” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə təşkil olunub. “Davosa doğru – Bakı” Forumunun nəticələri yanvarın 19-da onlayn bağlantı ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə beynəlxalq panel iclası təşkil olunacaq.
17 Yanvar 2017 16:47 SosialADA Universitetində Davos Dünya İqtisadi Forumu çərçivəsində "Davosa doğru - Bakı" Forumu ("Shaping Davos - Baku") işə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, Gənclər Təşkilatları Milli Şurası və "Global Shapers Community Baku" tərəfindən keçirilən Forumun əsas mövzusu "Məşğulluq vasitəsilə yeni imkanların yaradılması"dır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və "Youth Inc" gənclərin sahibkarlıq proqramının dəstəyi ilə təşkil olunub. "Davosa doğru - Bakı" Forumunun nəticələri yanvarın 19-da onlayn bağlantı ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə beynəlxalq panel iclası təşkil olunacaq.