“20 Yanvar Müstəqilliyimizin Şəhidlik Zirvəsidir” mövzusunda anım günü təşkil edilib

17 yanvar 2017-ci il tarixində Goranboy rayon Mərkəzi Kitabxanası 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə “20 Yanvar Müstəqilliyimizin Şəhidlik Zirvəsidir” mövzusunda anım günü təşkil etdi. Tədbir Goranboy rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər kompleksi” önündə keçirildi.

17 yanvar 2017-ci il tarixində Goranboy rayon Mərkəzi Kitabxanası 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə "20 Yanvar Müstəqilliyimizin Şəhidlik Zirvəsidir" mövzusunda anım günü təşkil etdi. Tədbir Goranboy rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhidlər kompleksi" önündə keçirildi.

Tədbirdə 1 saylı məktəbin pedoqoji kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi. Qanlı hadisələr zamanı əbədi şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə 1 saylı məktəbin kollektivi 20 yanvar qanlı hadisələrdən danışaraq bu hadisəni törədənləri lənətlədilər. Daha sonra 1 saylı məktəbin şagirdlərinin ifasında 20 yanvar hadisələrinə həsr olunmuş şeirlər dinlənildi.

Tədbir iştirakçıları şəhidlər kompleksinin önünə gül dəstlələri qoydular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31