Gündəm

SOCAR-da Çexiya nümayəndə heyəti ilə görüş keçirilib

17 Yanvar 2017 18:00

SOCAR-ın Baş ofisində Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov qonaqları səmimi salamlayaraq, Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dünyada sənaye üsulu ilə hasilata, neftin tankerlərlə, dəmir yolu, boru kəmərləri ilə nəql edilməsinə, emalına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən danışan Yaşar Lətifov qeyd etmişdir ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb. Çexiyanın sənaye və ticarət naziri Yan Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Şirvan gəncləri arasında maarifləndirmə işi aparılıb

17 Yanvar 2017 17:58

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Şirvan şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, gənc sahibkarlar, QHT nümayəndələri və jurnalistlər iştirak ediblər.

“Gələcəyə İnam “layihəsi çərçivəsində ilk tədbir keçirilib

17 Yanvar 2017 17:57

Azərbaycan Respulikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və BANM TGT-nin dəstəyi ilə reallaşdırılan “Gələcəyə İnam”layihəsi çərçivəsində ilk tədbir keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Kəlbəcər rayon 14 saylı orta məktəbdə məcburi köçkün gəncləri və şagirdləri iştrak ediblər. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Tahir Rəhimov qonaqları salamlayaraq tədbirin ilk olaraq burada keçirilməsindən məmnunluq duyduğunu bildirib.

20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

17 Yanvar 2017 17:55

İsmayıllı rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 17 yanvar 2017-ci il tarixində uşaq kitabxanasında ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.

Şəxsiyyət və sürücülük vəsiqələrinin qüvvədən düşməsi barədə SMS göndəriləcək elektron xidmət yaradılıb

17 Yanvar 2017 17:50

Ədliyyə Nazirliyinin Kollegiyası “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament”i təsdiq edib.

Nəsimi rayonunda 20 Yanvar facəsinin ildönümünə həsr olunmuş tədbirlər keçirilib

17 Yanvar 2017 17:43

Nəsimi rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönüm ilə bağlı tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.

Çavuşoğlu Amerikaya gedir - Trampa görə

17 Yanvar 2017 17:41

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.  Türkiyəli nazir inauqurasiyada iştirak edəcəyini və bu məqsədlə ABŞ-a yola düşəcəyini açıqlayıb. Bu barədə Trend "NTV" telekanalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanının nazirinin açıqlaması nefti bahalaşdırır

17 Yanvar 2017 17:36

Dünya birjalarında neft bahalaşır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və 1,49% artaraq 53,15 dollar təşkil edib.

ISESCO Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb

17 Yanvar 2017 17:35

Elm, Təhsil və Mədəniyyət Məsələləri üzə İslam Təşkilatı (ISESCO) işğal olunmuş Dağlıq Qarabağ ərazisinin müxtəlif zonalarında atəşkəs rejimininErmənistan silahlı qüvvələri tərəfindən pozulmasını və Azərbaycanla gərginliyin artmasını pisləyib. Bu barədə ISESCO-nun bəyanatında deyilir.

Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi

17 Yanvar 2017 17:32

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" adlı normativ sənədinə dəyişiklik edib.

Ərdoğanın keçmiş yavəri də həbs edildi

17 Yanvar 2017 17:29

Rəcəb Tayyib Ərdoğanın prezidentliyinin ilk dönəmlərində yanında yavər olaraq çalışan polkovnikFurqan Özdaban FETÖ istintaqı çərçivəsində nəzarətə alınıb.

Miqrantları daşıyan gəmi batdı: 180-ə yaxın insan itkin düşüb

17 Yanvar 2017 17:26

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, 180-ə yaxın insan itkin düşüb. İtkin düşənlərdən 4-nün meyiti sudan çıxarılıb. Məlumata görə, batan gəmidən 200-ə yaxın insan xilas edilib. Report.az

Bişkekdə ikinci "qara qutu" da tapıldı

17 Yanvar 2017 17:19

Bişkekin "Manas" hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus "Boeing 747-400" təyyarəsinin ikinci "qara qutu"su tapılıb.