SOCAR-da Çexiya nümayəndə heyəti ilə görüş keçirilib
SOCAR-ın Baş ofisində Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov qonaqları səmimi salamlayaraq, Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dünyada sənaye üsulu ilə hasilata, neftin tankerlərlə, dəmir yolu, boru kəmərləri ilə nəql edilməsinə, emalına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən danışan Yaşar Lətifov qeyd etmişdir ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb. Çexiyanın sənaye və ticarət naziri Yan Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
17 Yanvar 2017 18:00 SosialSOCAR-ın Baş ofisində Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. "OLAYLAR"-ın xəbərinə görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov qonaqları səmimi salamlayaraq, Azərbaycanın qədim neft diyarı olduğunu söyləyib, dünyada sənaye üsulu ilə hasilata, neftin tankerlərlə, dəmir yolu, boru kəmərləri ilə nəql edilməsinə, emalına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib. Qonaqlara son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında ətraflı məlumat verilib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açılıb. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən danışan Yaşar Lətifov qeyd etmişdir ki, "Şahdəniz" yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazını Avropa ölkələrinə nəql edəcək TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.
Çexiyanın sənaye və ticarət naziri Yan Mladek rəsmi Praqanın Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanmış, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Nazir forumda ölkəsinin neft-kimya sənayesini təmsil edən nümayəndələrin iştirak etdiyini bildirib.