Gündəm
Yeni cütlüyə göz dəydi: Hande sevgilisinə stəkan atdı
Türkiyənin tanınmış aktrisası Hande Doğandemir ilə aktyor Mert Fıratın yeni başlayan münasibətinə göz dəyib. Onlar ötən gün kafedə oturarkən dalaşıblar. Belə ki, Hande qızların Mertə baxmasını qısqanıb. O, əlindəki stəkanı aktyora atıb. Buna əsəbləşən aktyor məkanı tərk edib. Bu barədə Milli.az "Sabah"a istinadla xəbər verir.
“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı
Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.
Görməli yerləri izləmək üçün proqram yaradıldı
İsveçrəli turist Mayk Vonq “Google Maps” bazasında yeni əlavə tərtib edib. Belə bir xidmətin sayəsində nəinki dünya xəritəsində istənilən yeri tapmaq, hətta oradakı bütün gəzməli yerləri görmək mümkündür.
HDP həmsədri 142 il azadlıqdan məhrum edilə bilər
Türkiyənin müxalif kürdyönlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrlərinin 30 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur. Diyarbəkir prokurorluğunda terrorçuluq fəaliyyəti üzrə cinayət işinin istintaqı çərçivəsində tutulan HDP həmsədrləri - Səlahəddin Dəmirdaşın 43 ildən 142 ilə, Figen Yüksəkdağın isə 30 ildən 83 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutan ittiham aktı hazırlanıb. Trend.az
"O səhnə "Rəcəb İvedik"dən çıxarılsın - türkiyəli deputatdan TƏLƏB
Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Necdet Ünüvar “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə etirazını bildirib.
"Dolların məzənnəsi şişirdilib" - Tramp
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. Prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.
Müsavat-AXCP qarşıdurması bu dəfə yeni mərhələdə- TƏRS BAXIŞ+ANALİZ
Ənənəvi müxalifət düşərgəsində iki “ana müxalifət” iddiası ilə çıxış edən partiyalar – Müsavat və AXCP arasındakı gərginliklər başa çatmamış, qarşıdurmalara səbəb olacaq növbəti faktor bu amili yeni mərhələyə daşıyıb. Belə ki, artıq 2018-ci ildə keçiriləcək prezident seçkilərinə “hazırlıqla” bağlı ortaya qoyulan iddialar partiyalararası münasibətlərin bundan sonra ümumiyyətlə normallaşmayacağına verilən ən bariz nümunədir. Ümumiyyətlə, Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir ki, baş verənlərin hansı nəticələrə gəlib-çıxması göz önündədir...
Elektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO
Andrev Hall adlı şəxs elektron siqaret çəkdiyi an siqaret partlayıb. Bir anda qan içində qalan şəxsin üzünün ikinci dərəcəli yanıq xəsarəti aldığı, 7 dişinin isə töküldüyü açıqlanıb. Andrev Hall dəhşətli görüntüsünü sosial şəbəkə hesabından paylaşıb. Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.
İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına iş gəldi - BAKIDA
Bakıda qadınların iştirakı ilə törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yanvarın 13-də gecə saatlarında baş vermiş hadisədə zərərçəkmiş Biyar Cumaah Shaikani İraq Respublikasının vətəndaşıdır və Bakıda universitetlərdən birində təhsil alır. O, internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflərlər arasında narazılıq baş verib və C.Biyar küçəyə çıxıb. Qızlara küçədə köməyə çağırdıqları Anar Kərimovla birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar. Artıq cinayətdə şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulub. Araşdırmalar davam etdirilir.
"Sarkisyana qarşı sui-qəsd edilib" “Joxovurd”
“Ermənistan prezidenti Serj Sarkisyana sui-qəsd cəhdi edilib. Bu barədə “Joxovurd” qəzeti xəbər verir. Nəşrin məlumatına görə, insdentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib. Məsələ ilə bağlı jurnalistin sualını cavablandıran Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan bildirib ki, onlar yalnız tam şəkildə öz funksiyalarını həyata keçirirlər.
İranla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.
Azərbaycanlı milyarderlər Avropanın ən iri okeanariumunu satdıqlarını təkzib ediblər
Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyev Avropanın ən nəhəng okeanariumu olan "Moskvarium"un oliqarx Arkadi Rotenberqə satılmasını təkzib ediblər. Bu barədə "Forbes" jurnalı öz mənbələrinə istinadən yazır.
Bakının suyun altında qalan əraziləri - İnsanlar çətin vəziyyətdə
Bakıda və Abşeron yarımadasında bir çox ərazilərdə subasma halları müşahidə edilir. Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni massiv ərazisində, Xəzər rayonu Qala qəsəbəsi ərazisində yeni subasma sahələri qeydə alınıb.
Milli Dram Teatrın səhnəsində premyera
Yanvarın 21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçiriləcək.Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdu. Yeni səhnə əsərinin müəllifi xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidi.
Milli Azərbaycan Tarixi Muzeyində “Sabah” – ın ilk dərsi
17 yanvar 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında mövcud razılaşmaya əsasən Muzeyin auditoriyasında “Sabah” qrupunun tələbələri üçün nəzərdə tutulmuş ilk dərs keçirilib.










.jpg)



