Milli Azərbaycan Tarixi Muzeyində “Sabah” – ın ilk dərsi
17 yanvar 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında mövcud razılaşmaya əsasən Muzeyin auditoriyasında “Sabah” qrupunun tələbələri üçün nəzərdə tutulmuş ilk dərs keçirilib.
17 Yanvar 2017 18:02 Sosial17 yanvar 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında mövcud razılaşmaya əsasən Muzeyin auditoriyasında "Sabah" qrupunun tələbələri üçün nəzərdə tutulmuş ilk dərs keçirilib.
Dərs "Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi" mövzusuna həsr olunub. Dəvət olunan tələbələr Bakı Dövlət Universitetinin Tarix fakültəsində müvafiq ixtisaslarında təhsil alırlar.
Mühazirəçi qismində Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə çıxış etmiş, tələbələrə arxeoloji kolleksiyanın toplanması, qorunması, öyrənilməsi və təbliğinə aid geniş məlumat vermişdir. Həmin kolleksiyanın Azərbaycan tarixinin öyrənilməsində əşyavi mənbə kimi rolu və əhəmiyyəti xüsusi olaraq tələbələrin nəzərinə çatdırılıb.
Dərsin sonunda tələbələrin sualları cavablandırılaraq, müəyyən fikir mübadiləsi aparılıb. Dərs Muzeyin Təhsil şöbəsi tərəfindən təşkil edilib. Sonda Təhsil şöbəsinin müdiri Könül Manafova da dərsin mövzusu ilə bağlı öz təklif və tövsiyyələrini səsləndirdi.