Gündəm
“Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib
Tərtər Rayon Uşaq-Gənclər Şahmat məktəbində Tərtər Rayon İcra Hakimiyyəti və “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
Ağdamda “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib
Ağdam rayon Polis Şöbəsinin və Ağdam rayon İcra Hakimiyyətinin, birgə təşəbbüsü və təşkilatçılığı ilə Yeni Quzanlı köçkün qəsəbəsi 18 saylı köçkün tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda marifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov və rayon polis şöbəsinin əməkdaşları, Ağdam rayon İcra hakimiyyəti Hüquq Şöbəsinin müdiri Tahir Abbasov, rayon təhsil şöbəsinin, rayon səhiyyə şöbəsinin işçiləri, müəllim və şagirdlər iştirak ediblər. Çıxış edənlər Narkamaniyanın insan həyatına olan zərərindən, onun yayılmasının qarşısının alınmasından danışıblar.
İcra başçısı məktəblilərlə görüşüb
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun aprel döyüşlərində şəhid olmuş Fəxrəddin Qurbanlının doğum günü münasibətilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı keçirilmiş tədbirdə yaxından iştirak edən 179 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə görüşü keçirilib.
Əmək Nazirliyində görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Ərəb Gözdən Əlillər Federasiyasının sədri, Ərəb Ölkələri Liqası Katibliyinin səlahiyyətli naziri və Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti Xalid Al Naemi ilə görüş olub.
Mədət Quliyev: “Prezident şəhidin nəşinin qaytarılması ilə bağlı göstəriş verib”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Xoşbəxt Yusifzadənin kitabı Vyetnamda nəşr edilib
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 2010-cu ildə Bakıda Azərbaycan və rus dillərində işıq üzü görmüş “Ömrümün illəri və izləri” adlı iri həcmli xatirələr kitabı bu günlərdə Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində nəfis şəkildə çap edilib. “OLAYLAR”-ın xəbərinə görə, Vyetnamda akademik Xoşbəxt Yusifzadənin şəxsiyyətinə və ömür yoluna böyük maraq göstərirlər.
Gəncə sakini həmyerlisinə xəsarət etirib
Yanvarın 16-da Daşkəsən rayonunun Mədənçilər qəsəbəsindən Gəncə şəhər sakini Qara Budaqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən mlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi İlkin Cəfərov tutulub.
3 avtomobilin akkumlyatorunu oğurladı
Gənsə şəhərində oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Kəmaləddin Qasımov saxlanılıb. Araşdırma aparılır.
Piyadanı vuran sürücü saxlanıb
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Alxan Məmmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədilib. Hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü-Sumqayıt şəhər sakini İlkin Çələbiyev saxlanılıb.
Bakıda mənzildə partlayış baş verib
Yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. DİN-dən verilən məlumata görə, nəticədə pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.
"Mercedes" vuran piyada yerindəcə keçinib
Səngəçalda ölümlə nəıticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 16-da saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Kürdəmirdə 21 mənzildən ibarət mənmzildə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kürdəmir rayonu, Qarabucaq kəndində ümumi sahəsi 600 m2 olan ikimərtəbəli komunal tipli 21 mənzildən ibarət evin 1-ci mərtəbəsində yaşayan üç vətəndaşa məxsus, üç mənzilin yanar konstruksiyaları 135 m2 sahədə və 2-ci mərtəbədə yaşayan iki vətəndaşa məxsus, iki mənzilin yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Manatın ucuzlaşması davam edərsə, aidiyyəti qurumlara müraciət edəcəyik - YENİLƏNİB
"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır". Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib. "Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", - deyə vitse-prezident bildirib.
Terrorçu “Reina” terrorunu İŞİD adına həyata keçirdiyini etiraf edib
“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. Bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”. Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb. Apa.az
ABŞ-ın Azərbaycandakı səfiri Trampın inauqurasiyasında iştirak etməyəcək
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın inauqurasiya mərasimi günü Azərbaycanda olacaq. Bu barədə səfirlikdən məlumat verilib.














