Gündəm

Məktəb direktoru işdən çıxarılıb

17 Yanvar 2017 15:50

Təhsil Nazirliyinin bir sıra kütləvi informasiya vasitələrində Şəmkir rayon Seyfəli kənd tam orta məktəbi ilə bağlı dərc olunmuş məlumatlarla əlaqədar apardığı araşdırma başa çatıb.

"Zaryadka" qadağası

17 Yanvar 2017 15:49

Bir neçə gündür ki, sosial şəbəkələrdə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada elektron avandanlıqlara enerji yüklənməsinə qadağa qoyulması barədə məlumatlar yazılır. Şəbəkə istifadəçiləri kitabxananın bu vasitə ilə qənaət etdiyini iddia edirlər.

MTN əməkdaşları Miryusif Mahmudovdan 300.000 manat tələb ediblər

17 Yanvar 2017 15:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib. Vəkil bildirib ki, araşdırılan hadisəyə mütləq obyektiv qiymət verilməli və ədalətli qərar qəbul edilməlidir.

Ermənistanın qanunsuz məskunlaşma siyasəti: 2334 saylı qətnamədən sonra...

17 Yanvar 2017 15:41

BMT Təhlükəsizlik Şurası İsraillə bağlı bir sənəd qəbul edib. Orada Təl-Əvivin İordan çayının qərb sahillərində apardığı tikinti işlərini dayandırması tələb olunur. Bunun lehinə daimi üzvlərin 4-ü səs verib, yalnız ABŞ bitərəf qalıb. Buna baxmayaraq, rəsmi Təl-Əviv Vaşinqtonu sərt şəkildə ittiham edib.

XİN: "Ermənistan yenə spekulyasiya edir"

17 Yanvar 2017 15:39

"Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi məsələsi ilə bağlı spekulyasiya edir". Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Rusiyada zavod PARTLADI

17 Yanvar 2017 15:37

Rusiyanın Altay diyarındakı Biysk şəhərində partlayıcı istehsal edən zavodda partlayış baş verib.

Ərdoğan "Reina" terrorçusundan DANIŞDI

17 Yanvar 2017 15:34

Heç kimin etdiyi cavabsız qalmayacaq.  Bu sözləri Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan SGK (Sosial Güvənlik Kurumu) binalarının açılış mərasimində "Reina" terrorçusu ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

Soyuqdan ölənlərin sayı artdı

17 Yanvar 2017 15:32

Son sutka ərzində Polşada iki nəfəri don vurub. 2016-cı il noyabrın 1-dən etibarən ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti səbəbindən ölənlərin sayı 85 nəfərə çatıb. Qeyd edək ki, yanvarın ilk yarısında Polşanın Malopol vilayətində gecə havanın temperaturu mənfi 37 dərəcə olub. Hazırda ölkədə mənfi 6-10 dərəcə şaxta var.  Bu barədə Trend PAP agentliyinə istinadən məlumat verir.

ADU-da tədbir keçirilib

17 Yanvar 2017 15:29

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir keçirilib.

Valideynlərin uşaqlarla ünsiyyəti...

17 Yanvar 2017 15:27

Valideynlik hüquqları və vəzifələri eləcə də valideynin övladları ilə ünsiyyəti hər zaman cəmiyyətdə həssaslıqla qarşılanan bir məfhumdur. Bir çox beynəlxalq müqavilələrdə, Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiya həmçinin Konstitusiyamızda valideyn övlad münasibətlərini tənzimləyən normalar mövcuddur.  Konstitusiyamızın 17-ci maddəsi Ailə, uşaqlar və dövlət adlanır həmin maddədə göstərilir ki, Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddənin məzmunundan da göründüyü kimi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Dövlət isə öz növbəsində öz qurumları vasitəsi ilə uşaqların valideynləri tərəfindən qayğı ilə əhatə olunmasına və tərbiyə edilməsinə nəzarət edir. 

Radikal dini qruplar Azərbaycan üçün böyük təhlükədir

17 Yanvar 2017 15:25

Azərbaycan zaman-zaman ölkəmizdə marağı olan və burada öz planlarını həyata keçirmək istəyən xarici dairələrin hədəfində olub. Elə bu gün də ölkəmizə qarşı öz məkrli planlarını reallaşdırmaq istəyən həmin qüvvələr bu və ya digər formada Azərbaycana təsir göstərmək, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq uğrunda durmadan çalışırlar.

Jurnalistlərin aylıq gəlirləri nə qədərdi?

17 Yanvar 2017 15:24

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli “Olaylar”a bildirib ki, təşkilatın keçirdiyi sorğu 51 redaksiyanı əhatə edib. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2016-cı ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb.

Əli Əhmədov: “Yaxın vaxtlarda icbari tibbi sığortanın tətbiqinə başlanacaq”

17 Yanvar 2017 15:22

"Çox yaxın vaxtlarda icbari tibbi sığorta əsasında səhiyyə xidmətləri göstərilməyə başlanacaq”. Bunu baş nazirin müavini Əli Əhmədov deyib.Ə. Əhmədov İcbari Tibbi Sığorta Agentliyinin tərkibinin müəyyənləşdiyini və əməkdaşların yerlərdə fəaliyyətə başladığını bildirib. Yevlax Mərkəzi Rayon Xəstəxanasında quraşdırılan avadanlıqlarla tanış olan Ə. Əhmədov səhiyyə işçiləri qarşısında çıxışında vurğulayıb ki, Yevlax rayonunda və Mingəçevir şəhərində pilot layihə çərçivəsində icbari tibbi sığortanın tətbiqinə başlanacaq.

İran-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri görüşüblər

17 Yanvar 2017 15:20

Yanvarın 17-də Milli Məclisdə (MM) İran-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri ilə görüşüb. “Olaylar” xəbər verir ki, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İran-Azərbaycan əlaqələrindən danışıb.

Türkiyədə daha bir faciə

17 Yanvar 2017 15:18

Türkiyənin Maltəpə Dragos  sahilində quru yük gəmisində yanğın olub. Fövqalədə qüvvələr tərəfindən yanğına müdaxilə olunub. “Olaylar” – ın Türkiyə mətbuatına istinadən bildirir ki, yanğın Nazim İmamoğlu adlı gəmisinin insanlar üçün olan hissəsində baş verib. Səbəbi məlum olmayan yanğına yanğınsöndürənlər  müdaxilə edir.