Radikal dini qruplar Azərbaycan üçün böyük təhlükədir

Azərbaycan zaman-zaman ölkəmizdə marağı olan və burada öz planlarını həyata keçirmək istəyən xarici dairələrin hədəfində olub. Elə bu gün də ölkəmizə qarşı öz məkrli planlarını reallaşdırmaq istəyən həmin qüvvələr bu və ya digər formada Azərbaycana təsir göstərmək, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq uğrunda durmadan çalışırlar.

"Ölkədə sabitlik pozularsa, ən böyük təhlükə odur ki, hakimiyyətə başkəsənlər və ya hansısa dövlətin maraqlarını qoruyan təşkilatlar gəlsin"

Azərbaycan zaman-zaman ölkəmizdə marağı olan və burada öz planlarını həyata keçirmək istəyən xarici dairələrin hədəfində olub. Elə bu gün də ölkəmizə qarşı öz məkrli planlarını reallaşdırmaq istəyən həmin qüvvələr bu və ya digər formada Azərbaycana təsir göstərmək, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq uğrunda durmadan çalışırlar. Əgər vaxtı ilə həmin qüvvələrin bölücülük, dağıdıcılıq planlarının ölkəmizdəki sifarişçiləri qismində radikal müxalifət partiyaları, xüsusilə Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası, eləcə də hər iki radikal siyasi qüvvənin birləşdiyi Milli Şura çıxış edirdisə, indi sifariş icra edənlərin yerini siyasi deyil, dini kəsim alıb. Daha doğrusu antiAzərbaycan şəbəkənin uzun illər müxalifətin radikal siyasi qanadına ayrılan maliyyə vəsaitinin yalnız partiya liderlərinin şəxsi maraqlarının təmin olunması, lüks həyat tərzi yaşaması, övladlarının ayri-ayri xarici ölkələrdə ali təhsil almasına sərf olunması nəticə etibarilə radikalların oyundan kənar vəziyyətə salınmasına səbəb olub. Hazırda antiAzərbaycan şəbəkə ölkədəki radikal qruplar vasitəsilə uzun illər üzərində işlədiyi məkrli planı həyata keçirmək istəyir.  Nəzərə alsaq ki, ərəb coğrafiyasına demokratiya adı altında gətirilən fəlakətlərin də daxildəki əsas oyunçusu  radikal dini qruplaşmalar olub, o zaman təhlükənin kifayət qədər böyük olduğu və qapı arxasında dayandığını deyə bilərik. Elə bir sıra siyasilər, mütəxəssislər və  vətəndaş cəmiyyəti nümayəndələri də bu qənaətdədirlər.

"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyir ki, radikal dini qruplar Azərbaycan üçün böyük təhlükədir. Onun sözlərinə görə,  Azərbaycan dünyəvi dövlətdir və müxalifət olaraq bunlara yox deməliyik: "Müxtəlif dini radikal qrupların dünyanın müxtəlif ölkələrində törətdiyi qarşıdurma və xaosun yaratdığı problemlərin illərdir qarşısını almaq mümkün deyil. Ona görə də ölkəmizi belə təhlükələrdən qorumalıyıq.  Əgər ölkədə iğtişaşlar və xaos olarsa, sabitlik pozularsa, əmin olmayaq ki, biz, ya da digər demokratik qüvvə hakimiyyətə gələ bilər. Sabitlik pozularsa, ən böyük təhlükə odur ki, hakimiyyətə başkəsənlər və ya hansısa dövlətin maraqlarını qoruyan təşkilatlar gəlsin. Bu isə ölkənin qan çanağına dönməsi deməkdir. Bizim üçün siyasi dəyişiklik qanuni, sivil formada və konstitusiya yoludur. Azərbaycanda siyasi dəyişikliyi Konstitusion yolla görür və buna çalışrırıq". "Region" Beynəlxalq Analitik Mərkəzinin sədri qeyd edib ki, qanuni təmsilçi kim olur-olsun, hakimiyyət dəyişikliyinin dinc yoldan başqa formatı yoxdur, ola da bilməz: "Təbii ki, Azərbaycanda seçkilərin keçirilməsində müəyyən çatışmamazlıqlar var. Amma bu o demək deyil ki, insanlar silaha sarılıb dəyişikliyə getməlidir. Silahın, iğtişaşın və yad qüvvənin diktəsinin gətirdiyi potensial dəyişikliyin Azərbaycan xalqını daha böyük fəlakətlərə sürüməsinə şübhə ola bilməz. Bunun üçün də Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin qorunması ən ümdə məsələ olaraq gündəmimizdədir". Razi Nurullayev hesab edir ki, bu gün Azərbaycan və İsrail arasında geniş əlaqələr var: "Biz partiya olaraq Azərbaycan və İsrail münasibətlərinin daha da inkişaf etməsinin tərəfdarıyıq. Hesab edirəm ki, Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunması, yeni təhlükəsizlik texologiyalarının ölkəyə cəlb edilməsi və Dağlıq Qarabağ münaqişəsində bizim irəliyə getməyimiz həm də İsraillə dostluğumuzdan keçir. Biz həm də İsrail-İran münasibətlərinin yaxşılaşmasında maraqlıyıq. Çünki regionun sabitliyi bizim üçün çox böyük əhəmiyyət daşıyır. AXCP olaraq, nəinki lokal, həm də fundamental olaraq regionun sabitliyi bizim üçün çox əhəmiyyətlidir. Hesab edirik ki, sabit, firavan və təhlükəsiz Türkiyə həm də sabit, firavan və təhlükəsiz Azərbaycan deməkdir. Eyni zamanda, digər Azərbaycana dost olan qonşu ölkələrdə - Rusiya, İran və Gürcüstanda da sabitliyin və barışın olmasında maraqlıyıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31