Jurnalistlərin aylıq gəlirləri nə qədərdi?
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli “Olaylar”a bildirib ki, təşkilatın keçirdiyi sorğu 51 redaksiyanı əhatə edib. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2016-cı ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb.
17 Yanvar 2017 15:24 SosialJuHİ sorğunun nəticələrini açıqladı
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2016-cı ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli "Olaylar"a bildirib ki, təşkilatın keçirdiyi sorğu 51 redaksiyanı əhatə edib. Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2016-cı ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda işçilərlə fərdi əmək müqavilələrinin bağlanması məsələsində ciddi dəyişiklik olmayıb. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də sorğuya cəlb edilənlərin 92 faizi (2015-ci ildə 90 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Jurnalistlərin aylıq gəlirlərində də sabitlik müşahidə edili. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600 manat civarındadır (sorğu iştirakçılarının 83 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (3 faiz) 350-450 manat, qalanları isə (14 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər. Analoji vəziyyət ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin aylıq gəlirlərində də mövcud olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir. Regional qəzetlərdə çalışan jurnalistlərin 9 faizi 350-400 manat civarında əmək haqqı aldıqlarını bildiriblər.