Gündəm
BÖYÜK DAVA: Naz döyüldü- VİDEO
Zuhal Topalın evlənmə proqramında azərbaycanlı gəlin namizədi Nazın keçmiş nişanlısı ona hücum edib. Türkiyə mətbuatının yazdığına görə, hadisə ötən həftənin cümə günü veriliş bitdikdən sonra baş verib. Hadisənin təfərrütaları isə bu gün məlum olub.
“Barselona” və “Atletiko”nun Kosta mübarizəsi
"Çelsi"nin baş məşqçisi Antonio Konte ilə münasibəti korlanan Dieqo Kosta İspaniyaya qayıda bilər. Braziliya əsilli futbolçu ilə 2 klub yaxından maraqlanır. Söhbət "Barselona" və "Atletiko"dan gedir. Madrid təmsilçisi sabiq hücumçusunu heyətinə qatmaqda maraqlıdır. Öz növbəsində "Barselona" da Kostanı transfer etmək istəyindədir. "Çelsi" rəhbərliyi isə hələ ki, bu təkliflərə cavab verməyib. Kostanın adı bir müddət öncə Çin klubları ilə birgə hallanırdı.
Məhkəmənin vaxtı məlum olub
Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi məhkəmənin başlama vaxtı məlum olub. Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı - VİDEO
Erməni toyundan azərbaycanlıları qəzəbləndirəcək görüntülər paylaşılıb. Videodan gəlinin rəqs etdiyi görünür. Maraqlısı ondadır ki, səslənən musiqi erməni deyil, Azərbaycan musiqisidir. Məşhur "Cüt bacı" mahnısını biraz dəyişərək erməni xalq mahnısı adı ilə toyda böyük həvəslə səsləndiriblər.
Milyarder oğlu ilə görüntülənən Hadisə: "Sevgili..."
Kayseridə imza günü təşkil edən Hadisə ötən həftə məşhur milyarder oğlu Hakan Sabancının avtomobilinə minməsi barədə açıqlama verib.
Oğul anası olan müğənni süd üçün 10 kq xurma sifariş verdi
Ötən həftə oğul anası olan müğənni Gülşən südü artırmaq üçün 10 kq xurma sifariş verib.
4 nazir vəzifədən getdi
Qambiya hökumətində 4 nazir postunu tərk edib. Qambiyanın maliyyə, ticarət, ətraf mühit və xarici işlər nazirləri vəzifələrini tərk ediblər. Ölkənin seçkilərdə məğlub olmuş hazırkı prezidenti Camme yanvarın 19-da öz postunu tərk edərək yerini yeni seçilmiş prezident Adam Barrouya verəcək.
Əcnəbilərə qənim kəsilən qadınlar saxlanıb
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də əcnəbi vətəndaşa - Biyar Cumaah Shaikaniyə qarşı quldurluq etməkdə şübhəli bilinən qrupun üzvləri tutulublar.”Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunlar Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərovadır. Digər şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.
"Çudo Peçka"da borc silindi
Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.“Olaylar” nazirliyə istinadən xəbər verir ki, vergi amnistiyasından yararlanan hüquqi şəxslərin siyahısında "Çudo Peçka" MMC-nin də adı yer alıb.
Məşhur aktyor həbs olundu
Türkiyənin məşhur aktyoru Mehmet Aslan həbs olunub. İstanbul Cumhuriyyət Məhkıməsinin “Prezidentə təhqir” adı ilə aparılan araşdırma zamanı həbs olunub.
Bu, 5 yaşlılar üçün tətbiq edilməməlidir
"Məktəbəhazırlıq qruplarında işə cəlb edilmiş müəllimlər ibtidai siniflərdəki iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidirlər". Bunu Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor vəzifəsini icra edən, əməkdar müəllim Vəfa Yaqublu deyib.
Acun İlıcalıya qadağa
TV8-in sahibi Acun İlıcalıya Kanal D-də qadağa qoyulub. Acunla "Hürriyet Maqazin" arasında uzun zamandır davam edən münaqişənin nəticəsində "Kanal D Maqazin" məşhur aparıcı ilə bağlı hər bir görüntüyə qadağa qoyub.
İqtisadi proseslər sabitləşəcək
Bir ildən artıqdır ki, dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və paralel olaraq manatın dollara nisbətən dəyərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Maliyyə bazarında cərəyan edən xoşagəlməz proseslər istər-istəməz müəyyən mal və məhsulların qiymətinin bir qədər artmasını şərtləndirib.
Azərbaycanın İslam həmrəyliyinə verə biləcəyi töhfələr kifayət qədərdir
Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu heç kimdə şübhə doğurmur. Ölkəmizin İslam dəyərlərinə və irsinə həssas münasibəti və qayğısı da heç kimə sirr deyil. O da bəllidir ki, Azərbaycan mütəmadi olaraq İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm tədbirlərin təşkilatçısı kimi çıxış edib. Məhz bu mövqeyin nəticəsi olaraq prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib.
Dünya iqtisadiyyatı Davosda müzakirə edilir
Bu günlərdə dünya dövlətləri, iqtisadi mərkəzlərinin diqqəti yenidən İsveçrəyə yönəlib. Səbəb ənənəvi olaraq keçirilən Davos Forumudur. Bu dəfəki forum əvvəlki illərdən fərqli olaraq daha çox əhəmiyyətli hesab edilir və qloballaşan dünyada sabit iqtisadi münasibətlərin davam etməsi arzusunda olan hər bir ölkə Davos Forumuna xüsusi önəm verir. Çünki 2014-cü ilin sonlarından dünyada baş verən iqtisadi və maliyyə böhranından çıxış yolları aramaq üçün Davos, eləcə də bu kimi mühüm toplantılar hər bir ölkə üçün cəlbedici görünür. Artıq dünəndən (yanvarın 16-dan) başlayaraq əksər ölkələrin dövlət başçıları və hökumət rəhbərlərinin Davosa gəlişi başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də foruma qatılmaq üçün İsveçrəyə səfər edib. Məlumat üçün qeyd edək ki, forum ərəfəsində Davos İqtisadi Forumunun rəsmi saytında dövlət başçısı İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib.














