Gündəm

Cəbhə xəttindəki təxribatlar nəyə hesablanıb?

17 Yanvar 2017 14:31

Son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət yenidən gərginləşib və atəşkəs rejiminin pozulması aktiv fazaya keçib. Atəşkəs rejiminin pozulması daha çox təxribat xarakterli hücum əməliyyatları ilə müşahidə olunur. Demək olar ki, son günlər belə təxribatlar hər gün baş verməkdədir.

Vaxtı keçmiş kreditlərin qaytarılması niyə mümkün olmur?

17 Yanvar 2017 14:29

Kredit verilərkən bank mütəxəssisləri tərəfindən müştərinin maliyyə vəziyyətinin düzgün qiymətləndirilməməsi kredit təşkilatlarını bir çox problemlərlə üz-üzə qoyub. Belə ki, müştərinin maliyyə resurları dərindən təhlil edilmədən, o cümlədən möhkəm girov təminatı olmadan verilən kreditlər sonradan kredit verən təşkilatların özlərinin başağrısına çevrilir. Bu zaman götürülən kredit məbləği borcalanlar tərəfindən geri qaytarılmır, aylıq kredit ödənişləri gecikdirilir, kredit borcları yığılır və son nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olur.

Azərbaycan etibarlı tərəfdaş kimi tanınır

17 Yanvar 2017 14:25

Başa vurduğumuz 2016-cı il xarici siyasət və beynəlxalq əməkdaşlıq baxımından ölkəmiz üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfəri, Bakının bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etməsi beynəlxalq münasibətlər sistemində ölkəmizin yerini və rolunu daha da artırmış oldu.

Elçin Hüseynbəyli yazır... Tanrı əbədi iqtidardır, Qardaşım!

17 Yanvar 2017 14:23

Bəlkə də bu fikri belə ifadə etmək daha doğru olardı: Yeganə iqtidar Tanrıdır, qardaşım! Cümlə bu cür qurulsaydı, onda “qardaş” sözü sonda gələrdi, amma mən birincini seçdim. Sənin haqqında qeydlərin xeylisini çoxdan yazmışam. Amma çap eləməyə ürəyim gəlmədi, düşündüm ki, sənin də ürəyinə dəyər.

"Reina" terrorçusunun evindən nələr çıxdı? -  külli miqdarda dollar, silahlar, dronlar... - YENİLƏNİB

17 Yanvar 2017 14:14

İstanbulun “Reina” gecə klubunda qətliam törədən terrorçunun yaxalanmasının təfərrüatı məlum olub. Bu barədə İstanbulun valisi Vasip Şahin açıqlama verib.

Vətəndaşa söyüş söyən yol polisindən AÇIQLAMA

17 Yanvar 2017 14:07

Vətəndaşı polis bölməsində ağır söyüşlərlə təhqir etməsi ilə gündəmə gələn Şirvan şəhər DYP-nin polis mayoru Məmmədsadıq Nağıyev hadisənin təfərrüatlarından danışıb.

Mənzil bazarında qiymətlər şişirdilir - Əslində ucuzlaşma olacaq

17 Yanvar 2017 14:05

"Mənzillərin qiyməti enməkdə davam edəcəyi ilə bağlı statusumdan sonra "mənzillərin qiymətinin artacağı" və hətta "artıq qiymət artımlarının olması" haqda xəbərlər bir sıra mətbu orqanlarında özünə yer tapmaqdadır. Maraqlıdır ki, oxşar reaksiya 2014-cü ildən bəri müşahidə edilir. 2014-cü ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zamanda "spekulyativ qiymət artımları" xəbərləri bəzi mətbu qurumlarda yer alırdı. Hətta bir neçə gün öncə "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması" barədə xəbərlər yayıldı. Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə, belə araşdırma aparanlar zarafat edirlər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha, heç öz qiymətinə belə satmaq mümkün deyil".

Akademik Ramiz Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" kitabının təqdimatı olub

17 Yanvar 2017 14:03

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" adlı kitabının təqdimatı olub.

Azərbaycanda ən çox nə zəhərləyir?

17 Yanvar 2017 14:01

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları azalıb.  Səhiyyə Nazirliyindən verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2015-ci ildə 2462 müraciət daxil olmuşdusa, 2016-cı ildə bu göstərici 2234 təşkil edib. Müraciətlərin 32,8%-i lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənmələrin (T36-T50), 21%-i dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1%-i yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür. Trend.az

Azərbaycanda kağız reseptlər dövrünə son

17 Yanvar 2017 13:57

"Azəbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə elektron reseptlərin tərtib edilməsi nəzərdə tutulur.

2016-cı ilin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

17 Yanvar 2017 13:55

Yanvarın 19-u saat 10:30-da Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində (Natiq Əliyev küç. 4-a, Bakı Ali Neft Məktəbinin arxası ) Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə “2016-cı ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçiriləcək.

Çətirlərinizi unutmayın

17 Yanvar 2017 13:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Atmosfer havasının mühafizəsi sahəsində 120 akt tərtib olunub

17 Yanvar 2017 13:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə  ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nizami Abbas – 60

17 Yanvar 2017 13:48

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından“Olaylar” – abildirilibki, Azərbaycanmədəniyyətinin,millikinosənətimizininkişafında özyeriolan, özünəməxsusbaxışı ilə seçilənkinooperator, rejissor, AzərbaycanRespublikasının Əməkdarincəsənətxadimi Nizami Abbasın anadan olmağının 60 illiyi münasibətiilə yubiley tədbiri keçirilib.