Gündəm
Novruz Məmmədov nazirlikləri tənqid edib
“Bir neçə gündür, ölkə mətbuatında Dağlıq Qarabağın "KVN" komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır”.
Lavrov: "Rusiya müdaxilə etməsəydi, terrorçular Dəməşqi 2-3 həftə ərzində tutacaqdı"
"Rusiya Suriya münaqişəsinə müdaxilə etməsəydi, paytaxt Dəməşq 2-3 həftə ərzində terrorçular tərəfindən tutulacaqdı".
Lavrov ermənilərin dediyini təkrarlayıb
“Türklər demişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nəhayət ağzındakı paklanı çıxartdı. Yanvarın 17-də keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala Lavrov belə cavab verib: “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.
İlk dərslər 20 Yanvara həsr ediləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr ediləcək. “OLAYLAR”-ın xəbrinə görə, məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti yayıb. Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
“Əvvəl Şahini götürmək...” - MTN polkovnikinin dəftərindən NİDA-çının adı çıxdı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan polkovniki Fizuli Əliyevin xidməti otağından götürülən əşyaları arasında əlyazmaları olan kitabça və zərflər aşkarlanıb.
Dilimə dəymə Təbrizim
Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib.
Ermənilərin kimyəvi silahdan istifadə etməsi cavabsız qalmamalıdır
""Şmel" reaktiv piyada odsaçan raketi kimyəvi tərkibli silah hesab olunur. Beynəlxalq qanunlara görə, kimyəvi silahlardan istifadə hərbi cinayətdir. Əgər bunun qarşısı alınmasa və məsələyə beynəlxalq qurumlar kəskin reaksiya verməsə, aktiv döyüş əməliyyatlarının arealı, həmçinin miqyası daha geniş şəkil alacaq".
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair mətbuat buraxılışı
2016-cı ildə beynəlxalq vəziyyət gərginliyin və qeyri-müəyyənliyin artması ilə müşahidə olunub. Beynəlxalq güclər arasında cərəyan edən sürəkli qarşıdurma beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, qlobal maliyyə-iqtisadi və siyasi böhranların qarşısının alınması, terrorizm və ekstremizmlə səmərəli mübarizənin aparılması, habelə sivilizasiyalararası və dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına yönələn səyləri xeyli zəiflədib.
Məktəblilərə dövlət bayrağının tarixi öyrədilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr davam edir. “OLAYLAR”-a idarədən daxil olan məlumata görə, mühazirələr məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil olunur. Ümumi təhsil məktəblərinin VIII, IX və X siniflərində keçirilən mühazirələrdə Azərbaycanın dövlət atributları barədə ətraflı məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır.
1 saylı “ASAN Kommunal” mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN kommunal” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN Kommunal” mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinlər yararlana biləcəklər. Mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstəriləcək. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, yaxın gələcəkdə paytaxtda daha 2 “ASAN Kommunal” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.
BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, o, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışıb, Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini vurğulayıb.
Mikayıl Müşfiq anılacaq
Yanvarın 27-də saat 19.00. Azərbaycan Dövlət “Yuğ” Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, “Söz”ün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə “Yuğ”un aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış musiqilər ifa olunacaq.
Mahmudovun anası, brilyant tədbiri... - Polkovnikin əlyazmaları
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan polkovniki Füzuli Əliyevin xidməti otağından götürülən əşyaları arasında əlyazmaları olan kitabça və zərflər aşkarlanıb. Həmin əlyazmalar ekspertizaya təqdim edilib və qeydlərin F.Əliyevə aid olduğu təsdiqlənib.
Son dəqiqə: "Reina" terrorçusunun evindən 2 dron çıxdı
İstanbul valisi Vasip Şahin Yeni il gecəsi "Reina"da 39 nəfəri qətlə yetirən Maşaripovun tutulmasıyla bağlı jurnalistlərin suallarını cavablandırıb. Şahinin açıqlamasında ən çox Maşaripovun tutulduğu evdə 2 dron (pilotsuz təyyarə) , 2 tapança və 197 min ABŞ dollarının ələ keçirildiyi xəbəri diqqət çəkib. Bu barədə Milli.az sozcu-yə istinadən xəbər verir.
"Avropanın taleyi avropalıların öz əlindədir"
Almaniya kansleri Angela Merkel ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Avropa İttifaqının parçalanmasına dair səsləndirdiyi fikrə münasibət bildirib. "Fikrimcə, Avropanın taleyi avropalıların öz əlindədir. Əminəm ki, biz birgə olacağıq", - deyə A.Merkel bildirib.














