Lavrov ermənilərin dediyini təkrarlayıb

“Türklər demişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nəhayət ağzındakı paklanı çıxartdı. Yanvarın 17-də keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala Lavrov belə cavab verib: “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.

"Türklər demişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nəhayət ağzındakı paklanı çıxartdı. Yanvarın 17-də keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala Lavrov belə cavab verib: "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır". Başqa sözlə Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, bu cür həll bizə lazım deyil, Dağlıq Qarabağın müstəqilliyinə yol açır: "Lavrov tam ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı "paket həll" variantı tələffüz edib. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31