Ermənilərin kimyəvi silahdan istifadə etməsi cavabsız qalmamalıdır
""Şmel" reaktiv piyada odsaçan raketi kimyəvi tərkibli silah hesab olunur. Beynəlxalq qanunlara görə, kimyəvi silahlardan istifadə hərbi cinayətdir. Əgər bunun qarşısı alınmasa və məsələyə beynəlxalq qurumlar kəskin reaksiya verməsə, aktiv döyüş əməliyyatlarının arealı, həmçinin miqyası daha geniş şəkil alacaq".
17 Yanvar 2017 13:24 Siyasət""Şmel" reaktiv piyada odsaçan raketi kimyəvi tərkibli silah hesab olunur. Beynəlxalq qanunlara görə, kimyəvi silahlardan istifadə hərbi cinayətdir. Əgər bunun qarşısı alınmasa və məsələyə beynəlxalq qurumlar kəskin reaksiya verməsə, aktiv döyüş əməliyyatlarının arealı, həmçinin miqyası daha geniş şəkil alacaq". Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
O bildirib ki, son 1 ildə Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və azərbaycanlıların yaşayış məntəqələrinə kimyəvi tərkibli silahlardan bir neçə dəfə atəş açıb. Buna baxmayaraq, hadisəyə beynəlxalq qurumların - ATƏT-in və BMT-nin reaksiyası qaneedici olmayıb. Nəticədə ermənilər çəkinmədən növbəti dəfə Azərbaycan ərazisinə, özü də dövlət sərhədi istiqamətindən kimyəvi tərkibli silahdan atəş açıblar.
Ekspertin sözlərinə görə, Ermənistan "Şmel"dən istifadə etməklə hərbi üstünlüyünü nümayiş etdirməyə çalışır: "Hesab edirəm ki, Ermənistanın bu hədəsi tez bir zamanda cavabını almalıdır. Çünki məsələ beynəlxalq qurumların öhdəsinə buraxıla bilməz".
R. Məmmədli deyib ki, "Şmel" reaktiv piyada odsaçan raketi 1980-ci ildən Sovet İttifaqında istehsal edilməyə başlayıb və həmin illərdə SSRİ-nin kimya qoşunlarının silahlanmasına daxil edilib: "Daha çox Əfqanıstan və Çeçenistan müharibələrində istifadə edilib. Birdəfəlik istifadə üçün nəzərdə tutulan "Şmel"in təyinatı qapalı - qorunan obyektlərdə, yüngül zirehli maşınların düşmənin canlı qüvvəsini məhv etməkdir. Silahın mərmisi 93 mm kalibirlidir. Partlayan zaman yüksək temperaturlu impuls yaradır və kimyəvi qarışıqlı yandırıcı kütlə ətrafı alova bürüyür. Qapalı yerdə 80, açıq yerdə isə 50 kvadratmetrdə canlı qüvvəni məhv edir. "Şmel"in köhnə modifikasiyası 1000 metrdə, modernləşdirilmiş "Şmel-M" variantı isə 1700 metrdə hədəfi dəqiq vurmaq imkanına malikdir". Milli.az