1 saylı “ASAN Kommunal” mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstəriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN kommunal” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN Kommunal” mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinlər yararlana biləcəklər. Mərkəzdə “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB tərəfindən 45 növ xidmət göstəriləcək. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, yaxın gələcəkdə paytaxtda daha 2 “ASAN Kommunal” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.
17 Yanvar 2017 13:19 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN kommunal" mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə çərçivəsində 1 saylı "ASAN Kommunal" mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinlər yararlana biləcəklər. Mərkəzdə "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB tərəfindən 45 növ xidmət göstəriləcək. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, yaxın gələcəkdə paytaxtda daha 2 "ASAN Kommunal" mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 2 saylı "ASAN kommunal" Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il 890 nömrəli Fərmanı ilə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, "ASAN xidmət" təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə "ASAN Kommunal" mərkəzlərinin yaradılması tapşırılıb.


