BANM-də Layihələrin İdarə edilməsi Məktəbi yaradılacaq

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, o, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışıb, Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuzla görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, o, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, uğurları və perspektiv planlarından danışıb, Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini vurğulayıb. BP şirkətinin Sosial investisiya üzrə qrup rəhbəri Kənan Şıxlinski və Twenty Eighty şirkətinin proqram meneceri Ed Hyuz Ali Neft Məktəbində tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildiriblər. Görüşdə Bakı Ali Neft Məktəbi, BP və Twenty Eighty şirkəti ilə birgə BANM-də Layihələrin İdarə edilməsi Məktəbinin təsis edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 7 moduldan ibarət olacaq bu layihədə müxtəlif sektorlarda çalışan mütəxəssislər üçün layihələrin idarə edilməsi üzrə təlimlərin təşkili və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31