Gündəm

"Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur"

17 Yanvar 2017 13:00

"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".

MTRŞ: Teleradio yayımçılarına verilmiş lisenziyalar müddətsiz hesab olunub

17 Yanvar 2017 12:55

““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

"Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqaimatı olub

17 Yanvar 2017 12:51

Bakıda Avropa İttifaqının və Avropa Şurasının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqaimat mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

"Human Rights Watch" kimi təşkilatlar heç zaman obyektiv ola bilməzlər"

17 Yanvar 2017 12:47

"Human Rights Watch" təşkilatının Azərbaycanın daxili məsələləri ilə bağlı hər zaman ikili standart münasibəti hər zaman özünün göstərir”. Bunu “Bakı Xəbər” qəzetinin  baş redaktoru Aydın Quliyev adıçəkilən təşkilatın ölkəmizlə bağlı yaydığı növbəti hesabatına münasibətini bildirərkən deyib.

Cərimələri vaxtında ödəməyən piyadaları nə gözləyir?

17 Yanvar 2017 12:44

“İcra haqqında” qanunda icrası məcburi olan məhkəmə aktları, inzibati orqanların cərimə tətbiqi barədə çıxardığı aktların məcburi icra proseduru göstərilib. İnzibati Xətalar Məcəlləsində də bu prosedurun necə icra olunması haqda göstəriş var. Yol hərəkəti qaydalarını pozmuş piyadalar onlara yol polisi tərəfindən tətbiq olunan cərimələri müəyyən olunmuş vaxtda ödəmədikdə qanunvericiliyə uyğun olaraq addımlar atılır”. Bunu  yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Azərbaycan Prezidentinin Davosda 30-a yaxın görüşü olacaq

17 Yanvar 2017 12:43

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində  qeyd edib.

Psixoloq: “Aqressiya uşaqlarda xəstəliklər yarada bilər”

17 Yanvar 2017 12:41

“Son zamanlar azyaşlı uşaqlarda və yeniyetmələrdə aqressiya hallarının çoxalması onlarla münasibətlərin düzgün qurulmamasından qaynaqlanır. Belə ki, uşaqlarda aqressivlik onlara qoyulan qadağalar və həddən artıq ərköyünlükdən irəli gəlir. Valideynlər bir çox hallarda uşaqların cavab qaytarmasından, onları eşitməməsindən, dərsə və bağçaya meyillərin azalmasından narazılıq edirlər. Böyüklər uşaqlarla ünsiyyətdə, onların yanında digərləri ilə münasibətlərində, qoyduqları qadağalarda və digər aqressiya yaradacaq məsələlərdə daha diqqətli olmalıdırlar”. Bunu Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

Sergey Lavrov Dağlıq Qarabağa qanunsuz səfər edən blogerin saxlanılmasına münasibət bildirib

17 Yanvar 2017 12:39

“Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.  

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri apellyasiya şikayəti verib

17 Yanvar 2017 12:35

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qvardiolaya 285 milyonluq dəstək

17 Yanvar 2017 12:32

"Mançester Siti" rəh"Mançester Siti" rəhbərliyi son vaxtlar tənqid hədəfinə çevrilən Xosep Qvardiola ilə yolları ayırmaq fikrində deyil.  "Şəhərlilər"in sahibi Şeyx Mənsur ispan çalışdırıcıya dəstək olub və yayda heyətin gücləndirilməsinə qərar verib.bərliyi son vaxtlar tənqid hədəfinə çevrilən Xosep Qvardiola ilə yolları ayırmaq fikrində deyil.

Mahnı Teatrında balet- tamaşa

17 Yanvar 2017 12:27

Yanvarın 22-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Qırmızı papaq” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq. Teatrdan “Olaylar” - a verilən məlumata yanvarın 29-da “Şahzadə və Qurbağa” balet-tamaşası da balacaların ixtiyarına veriləcək.

Toksikoloji zəhərlənmə halları azalıb

17 Yanvar 2017 12:26

Azərbaycan səhiyyəsinin digər sahələrində olduğu kimi toksikoloji zəhərlənmə halları ilə ölkədə mübarizə aparılır. Bu sahədə əhaliyə göstərilən tibbi xidmət sahəsində aparıcı müəssisə kimi Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə mütəmadi olaraq toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancma kimi şikayətlərlə müraciətlər qeydə alınır.

"İKT region gənclərin nəzərində"adlı layihə sona çatdı

17 Yanvar 2017 12:23

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Şərifov Elçin Şakir oğlu tərəfindən Biləsuvar rayonunda icra olunan "İKT region gənclərin nəzərində" adlı layihəyə yekun vuruldu.Layihənin məqsədi İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması olmuşdur.Ümumilikdə 100 nəfərdən çox gənc layihə iştirakçı olmuşdur.

Yeddi Gözəl – 820

17 Yanvar 2017 12:20

Ötən gün Xətai Sənət Mərkəzində Dahi Azərbaycan şairi ve mütəffəkkiri Nizami Gəncəvinin "Həft Peykər" Yeddi Gözəl" poemasının qəhrəmanlarının libaslarından ibarət bədii tikmə Dekorativ tətbiqi sənət sərgisi açılıb. Sona Məhərrəmovanın “Olaylar” – a verdiyi məlumata görə sərgi "Yeddi Gözəl" poemasının 820 illiyinı həsr olunur.

Daha bir qadın dəm qazından zəhərlənərək ölüb

17 Yanvar 2017 12:18

Masazır qəsəbəsində yaşayan Mətanət Hüseynova dəm qazından zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Mətanət Hüseynova dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.