Gündəm
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
“Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” filminin təqdimatı keçirilib
Azərbaycan həqiqətlərini dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf kimi qoyan Azərbaycan Slavyan Gəncləri Assosiasiyası daha bir layihəyə imza atmaqdadır. “OLAYLAR”-ın xəbərinə görə, belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Cənubi Qafqaz və Azərbaycanın ilk xəbər kanalı "Arb24”ün texniki dəstəyi ilə reallaşan "Qarabağ dünən, Qarabağ bugün, Qarabağ sabah” layihəsidir.
Ermənilər Tovuzu "Şmel" reaktiv odsaçandan atəşə tutub
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur. Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.
Krımda azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə həbs olunub
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb. İş adamının yaxınlarının verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib. Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub. O, Krımda sahibkarlıqla məşğul olub. Apa.az
Azərbaycandan bir dəfədən artıq Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə ödənişlər ödəyəcəklər. Səudiyyə Ərəbistanı Həcc nazirliyi tərəfindən qoyulan qaydaya əsasən, bir dəfədən çox Ümrə ziyarətinə gedənlər üçün əlavə ödənişlər ləğv edilsə də, Həcc üçün qüvvədə saxlanılıb.
Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır
”İstanbulda yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda terror aktı törədən şəxs dindirilir”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Azərbaycan prezidenti Davosda Norveçin xarici işlər naziri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Apa.az
Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb
Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli “Azərbaycan” qəzetində dərc edilən “2017-ci ildə Azərbaycanın xarici siyasətinin yeni üfüqləri” başlıqlı məqaləsində bildirib.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 mln. manatlıq vergi borcu silinib
Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
Təyyarə 239 sərnişinlə birgə "qeybə çəkildi" - Tapılmadı
Üç il öncə içərisində 239 sərnişinlə radardan itən Malayziya Hava Yollarına aid sərnişin təyyarəsi artıq axtarılmayacaq. Kuala-Lumpur - Pekin aviareysini gerçəkləşdirərkən itən Malayziya Hava Yollarına aid MH370 tipli sərnişin təyyarəsinin tapılmadığını beynəlxalq xəbər agentlikləri "son dəqiqə" olaraq paylaşıb.
“Vurğuna vurğun gəlin” hazırlanır...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib. Teatrdan “Olaylar” – a bildirilib ki, yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
Musiqili Teatrın kollektivi ilə Təbrizdə görüş keçirilib
İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Azərbaycan Dövlət Musiqili Teatrının Təbriz səfəri uğurla davam edir. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi açaraq iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb. “Aprel ayında İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək. Habelə, müştərək tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin keçirilməsi daxildir”, - deyə doktor S. İ. İbrahimi qeyd edib.
Fətullah Gülənə ən böyük ZƏRBƏ
FETO terror qruplaşmasının Pensilvaniyada dəstəkləyən, hər dəfə yüksək məbləğdə dəstək olduqları isimlər seçkilərdə məğlub olublar. Yeni seçilmiş Ədalət və Maliyyə nazirliyi artıq FETO – nun fəaliyyətini araşdırmağa başlayıb. Terror qruplaşması ilə münasibətləri yaxşı olmayan Eugene Depasquala isə eyalətin baş müfəttişi seçilib.
Xətai Sənət Mərkəzində 20 yanvar faciəsi
“Olaylar” – ın xəbərinə əsasən Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının birgə təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Azadlıq aşiqləri günü- 20 Yanvar” adlı uşaq rəsm sərgisi keçiriləcək.
4 polisin şəhid olduğu Diyarbakır terroruyla bağlı həbs olunanlar var
Diyarbakırdakı terror hücumuyla bağlı 3 nəfər nəzarətə alınıb. Dünən dörd polisin şəhid olduğu, iki polisin isə yaralandığı bombalı hücumla əlaqədar aparılan istintaqda 3 nəfər saxlanılıb. Bu barədə Milli.az sozcu-yə istinadən xəbər verir.














