Gündəm
Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq
"Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir".
Təfəkkür Universitetinin tələbələrini onlar KÖÇÜRƏCƏKLƏR - SİYAHI
Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupun tərkibi açıqlanıb.
Terrorçunun tutulması xəbərini canlı yayımda oxuyan aparıcıdan FƏRQLİ REAKSİYA - VİDEO
İstanbul Ortaköydəki "Reina" klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov 17 gündən sonra Esenyurtda İŞİD-çinin evində tutulub. O, şəhər polisinin baş idarəsinə təhvil verilib. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.
Erməni əsgər Qarabağda özünü güllələdi
Ermənistan ordusunun təmas xəttində xidmət edən hərbçisi yaralanıb. Yanvarın 16-sı saat 23:55 radələrində silahla ehtiyatsız davranma nəticəsində əsgər, 1997-ci il təvəllüdlü Sarkisyan Qurqen Arutonoviç güllə yarası alıb. Hadisənin intihar olduğu istisna edilmir. Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır. Azvision.az
"Sosial problemli insanların üzərində şou yaradırlar"
"Doğrudur, əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb. Verilişlərin biçimində də müəyyən dəyişikliklər hiss olunur. Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir".
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində yarışlara start verilib
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində respublika birinciliyinin məktəbdaxili yarışlarına start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ilkin olaraq Bakı şəhəri üzrə yarışlarda iştirak etmək üçün idman zalı olmayan məktəblər seçilib. Bu məqsədlə 8 ümumtəhsil məktəbinin komandası 96 və 234 nömrəli tam orta məktəblərdə məktəbdaxili yarış keçiriblər. Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə idman zalı olmayan məktəblərin seçilməsi və yarışların keçirilməsi planlaşdırılır. Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.
Bakıda sərnişin daşınması ödənişsiz oldu
31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib. Bu haqda Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.
Səkkiz bankın 713 min manat vergi borcu silindi
Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb. “Olaylar”xəbər verir ki, siyahıda 8 bankın adına rast gəlmək mümkündür ki, onlardan cəmi 7-si fəaliyyətini dayandırıb və ya ləğv prosesindədir, 1-i isə fəaliyyətini davam etdirir. Beləliklə, “Atabank” ASC-nin 46 min 401,7 manat məbləğində qeyd-şərtsiz silinmiş faiz və maliyyə sanksiyası üzrə borcu silinib. Bundan başqa, ləğv prosesində olan “Atrabank”, “DebütBank”, “Texnikabank” və “Evrobank”ın müvafiq olaraq 852 manat, 27 min 283,3 manat, 522 min 291,8 manat və 28,8 manat borcunun silinməsi təmin edilib. Həmçinin, fəaliyyətini dayandırmış “Birlikbank”, “Bank Standard” və “Yunayted Kredit Bank”ın müvafiq olaraq 91 min 224,3 manat, 16 min 574 manat və 8 min 116,9 manat məbləğində borcu silinib.
Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı “Azəravtoyol” ASC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər.
Ucar-Bərgüşad mənzilində 10, 6 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10, 6 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Binəqədidə Rumıniya Mədəniyyəti Günü keçirilib
Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enescu adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, eləcə də Rayon İcra Hakimiyyətinin digər rəsmiləri, Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
Ermənilər snayperlərdən istifadə edir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli, Ağbulaq kəndlərində və adsız yüsəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Davos Forumu başlayır
Bu gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu başlayır. Forum yanvarın 21-nə kimi davam edəcək. Sayca 49-cu forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər. Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Apa.az
"Qızıl Məryəm"i qətlə yetirənlərdən xəbər var
Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirmiş Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.
Rəsulullahın(s) möcüzələri haqqında
Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8 cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.














