Gündəm

Əmək Nazirliyi 3 700 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

16 Yanvar 2017 15:31

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlərin davamı olaraq, ötən il 3 702 nəfər şəxs əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Astana görüşünün razılığını Ağ Ev verib?

16 Yanvar 2017 15:30

Hazırda dünyanın əsas diqqət mərkəzi Qazaxıstan paytaxtına yönəlib. Səbəb bir neçə ildir ki, davam edən Suriya probleminin həlli istiqamətində Astana baş tutacaq görüşdür. Əsas etibarilə Rusiya-Türkiyə formatı və Suriya daxilindəki maraqlı tərəflərin iştirakı ilə baş tutacaq Astana görüşünə böyük ümidlər var. Əksəriyyət ekspert və analitiklər hesab edirlər ki, Astana görüşü ilə Suriya probleminin həllində dönüş ola bilər. Təşkilatçılardan həm Türkiyə, həm də Rusiyanın nəticə əldə etmək uğrunda göstərdiyi cəhd və əldə edilən ümumi razılıq, eləcə də Əsəd hakimiyyətinin də bu görüşün baş tutmasında maraqlı olması tezliklə Suriya probleminin aradan qaldırılacağına olan ümidləri artırır. Ancaq Astana görüşündən istənilən nəticənin əldə ediləcəyinə şübhələr də var. Bunun başlıca səbəbi isə Qərbin, Birləşmiş Ştatların Suriya probleminin həlli istiqamətində keçiriləcək görüşdə iştirakçı olmamasıdır. Bu səbəbdən birmənalı olaraq vurğulanır ki, Astanada hər hansı bir razılığın əldə edilməsindən asılı olmayaraq Qərb və Birləşmiş Ştatlar həmin razılaşmanı tanımayacaq. Hətta qeyd edilən görüşdə Bəşər Əsədin istefa verdiyi barədə bəyanat səsləndirilsə belə, ikincilər bununla razılaşmayacaqlar. Səbəb Suriya probleminin Qərb və Birləşmiş Ştatlar deyil, Rusiyanın əli ilə həll olunmasıdır. Hətta Astana görüşündə hər hansı bir razılaşma əldə ediləs belə, qəsa müddət ərzində Qərb və Birləşmiş Ştatlar həmin razılaşmanın pozulmasına nail olacaq. Ancaq bəzi ekspertlər isə hesab edirlər ki, əslində Astana görüşünə razılıq verən tərəflərdən biri də məhz elə Birləşmiş Ştatların özüdür. Belə ki, yeni Ağ Ev administrasiyasının Obama hakimiyyətindən fərqli olaraq Rusiya ilə bir qədər isti münasibətlərə meyil göstərməsi belə bir qənaət yaradıb ki, Moskva Ankara ilə yanaşı Vaşinqtonla da Suriya problemi ilə bağlı məsələləri müzakirə edərək müəyyən detalları razılaşdırıb.

Qırğızıstanda matəm elan olunacaq, Azərbaycandakı səfirlikdə xatirə kitabı açılacaq

16 Yanvar 2017 15:28

Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq. Bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit  Buranov bildirib. O, səfirlikdə dövlət bayrağının endirildiyini və yanvarın 17-də saat 10.00-dan 17-00-dək, yanvarın 18-də isə saat 10.00-dan saat 12.00-dək xatirə kitabının açılacağını söyləyib.  

McDonalds məhkəməni uduzdu: "Ət"i elə maddələrdən hazırlanır ki...

16 Yanvar 2017 15:26

Məşhur ingilis aşpaz Ceymi Olivyer McDonaldsı məhkəməyə vermişdi.Ceymi Olivyer məhkəməni udmaqla sübut edib ki, McDonaldsın "fastfood"larındakı "ət" heyvansal yağ xəmiri ilə amonyakdan ibarətdir. Belə ki, Ceyminin dediyinə görə, onlar əti hazırlamaq üçün qəssablardan artıq qalan heyvan əti və vətərdən hazırlanmış xəmir və amonyakdan istifadə edirlər. Milli.Az "abcgazetesi"nə istinadla bildirir ki, o, məhkəməni udub.

Politoloq: “Ermənilərdən insanlıq gözləmək çətin məsələdir”- MÖVQE

16 Yanvar 2017 15:24

“Hərbi əsirlər və əsgərlərlə bağlı beynəlxalq konvensiya var ki, ona uyğun olaraq ölən əsgərin nəşi geri qaytarılmalıdır. Lakin Ermənistan buna əməl etmir”. Bunu politoloq Cümşüd Nuriyev deyib.

Qadınları Türkiyəyə aparan şəxs tutulub

16 Yanvar 2017 15:22

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Dilənçiliklə məşğul olan 9 nəfər cərimələnib

16 Yanvar 2017 15:21

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olduqları üçün 9 nəfər saxlanıb. Saxlanınlar barəsində protokol tərtib edilib.

Çantasından pul oğurlyan şəxs tutulub

16 Yanvar 2017 15:18

Bakı şəhərində çantadan pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Xatirə Sərdarovanın çantasından 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Rəhman Əmrullayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir paytaxt sakininin cibindən 80 manat pul və sənəd oğurlaması müəyyən edilib.

3 nəfər zəhərlənmədən ölüb

16 Yanvar 2017 15:16

Son iki gündə 3 nəfər zəhərlənərək ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 13-də Sumqayıt şəhərində yaşayan Sabir Nağıyev alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 14-də orada ölüb. Bundan başqa, yanvarın 10-da sirkədən zəhərlənmə ilə xəstəxanaya gətirilən Hacıqabul rayon sakini Zöhrə Məmmədova yanvarın 14-də orada ölüb. Gəncə şəhərində yaşayan xarici vətəndaş Zair Vəliyev isə yanvarın 14-də dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.

Baş Prokurorluğun 5 əməkdaşı barədə cinayət işi yekunlaşıb

16 Yanvar 2017 15:15

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Baş Prokurorluğun 5 əməkdaşı barədə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb. “Olaylar” xəbər verir ki, bunu Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, həmin cinayət işləri məhkəməyə göndərilib: “Bundan başqa, daxil olmuş müraciətlər nəticəsində Baş İdarənin təqdimatı əsasında Baş Prokuror Zakir Qaralovun əmri ilə 3 prokurorluq əməkdaşı cəzalandırılıb. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 1 nəfərə şiddətli töhmət verilib, 1 nəfər isə işdən azad edilib”.

Qanunsuz valyuta mübadiləsi aparan 2 şəxsin işi məhkəməyə göndərilib

16 Yanvar 2017 15:13

Beynəlxalq Bankın 5 fililalı ilə bağlı cinayət işi başlanılıb. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib. Baş prokurorun müavini qeyd edib ki, həmin filiallar Qazax, Şəki və digər filiallardır. K.Əliyevin sözlərinə görə, ötən il “qara bazar”ın valyuta mübadiləsinin qaydlarının pozulmasına görə 2 cinayət işinin istintaqı yekunlaşıb və aidiyyatı məhkəməyə göndərilib.

Vergilər Nazirliyində kadr dəyişikliyi olub

16 Yanvar 2017 15:12

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə həmin qurumun Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin olunub. Bu barədə Vergilər Nazirliyindən bildirilib. Məlumatda bildirilir ki, Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Vüqar İsmayılov Daxili təhlükəsizlik departamentinin baş direktoru təyin olunub.

MM-in komitə iclasları başlanır

16 Yanvar 2017 15:11

Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək. Bu barədə məlumatı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu verib. O, bildirib ki, iclasın gündəliyinə 2016-cı il payız sessiyası dövründə görülən işlərin hesabatı və 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı daxil edilib.

Nadir Qafarzadə qadınlara mahnı həsr etdi - VİDEO

16 Yanvar 2017 15:09

Müğənni Nadir Qafarzadə “Xoşbəxt qadın” adlı mahnını yeni ritmik versiyada dinləyicilərin ixtiyarına verib. Olaylar.az-a açıqlama verən ifaçı bildirib ki, məşhur “Sekret Servis” qrupunun repertuarından olan bəstəyə növbəti dəfə müraciət edib: “Bu bəstə 90-cı illərdə  İsveç qrupu tərəfindən kompazisiya şəkilində təqdim olunmuşdu. Mən isə bu mahnıya fərqli şəkildə yanaşdım. Bəstəni çox sevirdim. Elə ona görə “Xoşbəxt qadın” adlı mahnını iki versiyada lentə aldırdım. Bu yeni versiyadır. Onu da əlavə edim ki, bu mahnını bütün qadınlara həsr etmişəm”. 

Müqəddəs məkan Naxçıvan

16 Yanvar 2017 15:07

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın yaradıcılığı ilə yaxından tanışam. Öz dəsti-xətti ilə ayrı-ayrı mövzularda çap etdirdiyi əsərlərinin demək olar ki, hamısını maraqla oxumuşam. Gənc yazarın müxtəlif mövzularda qələmə aldığı yazılarında təbiilik, səmimillik, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri daha qabarıqdı. Bu da onunla bağlıdır ki, yaradıcılığının əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq, gözəllik üstə köklənib. Nərgiz İsmayılovanın yazılarının böyük əksəriyyəti bu günümüzün reallıqlarını əks etdirir. Müraciət etdiyi bütün mövzulara o, bir mövqeydən yanaşır oxucu marağı ilə üst-üstə düşən əsərlər ortaya çıxarmaq.