Qırğızıstanda matəm elan olunacaq, Azərbaycandakı səfirlikdə xatirə kitabı açılacaq
Yanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq. Bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib. O, səfirlikdə dövlət bayrağının endirildiyini və yanvarın 17-də saat 10.00-dan 17-00-dək, yanvarın 18-də isə saat 10.00-dan saat 12.00-dək xatirə kitabının açılacağını söyləyib.
16 Yanvar 2017 15:28 SosialYanvarın 17-də Qırğızıstanda matəm günü elan olunacaq. Bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib. O, səfirlikdə dövlət bayrağının endirildiyini və yanvarın 17-də saat 10.00-dan 17-00-dək, yanvarın 18-də isə saat 10.00-dan saat 12.00-dək xatirə kitabının açılacağını söyləyib.
Qeyd edək ki, Türk Hava Yollarına məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb, 7-si uşaq olmaqla, 11 nəfər yaralanıb. Apa.az